adalet.az header logo
  • Bakı 19°C
20 May 2020 17:08
18922
DÜNYA
A- A+

Çin koronavirus xəstələrinin ölüm riskini hesablayan kalkulyator yaradıb

Bir qrup çinli alim COVID-19 xəstələrinin intensiv müalicəyə alınması, süni ağciyər ventilyasiyasına qoşulması və ya ölüm ehtimalının hesablanmasına imkan verən onlayn kalkulyator yaradıb.

Adalet.az-ın məlumatına görə, kalkulyator formalaşdırılarkən 1 500-dən çox xəstəlik tarixçəsi təhlil edilib və 72 potensial risk amili dəyərləndirilib.

COVID-GRAM adı verilən onlayn kalkulyatorda 10 parametr üzrə məlumatları daxil etməklə virusa yoluxmanın səviyyəsini öyrənmək olar.