adalet.az header logo
  • Bakı 19°C
20 May 2020 17:00
9751
GÜNDƏM
A- A+

Abşeron dairəvi dəmir yoluna əlavə qatarlar qoşuldu

Sərnişin sıxlığının artması ilə əlaqədar bu gündən etibarən Abşeron dairəvi dəmir yolu xətti ilə daha iki qatar hərəkətə başlayacaq.

Bu barədə Adalet.az-a Azərbaycan Dəmir Yolları QSC-dən bildiriblər. Qeyd olunub ki, Sumqayıt-Pirşağı-Bakı istiqaməti üzrə hərəkət edən 6620 nömrəli qatar Sumqayıtdan 18:10-da yola düşəcək və Bakıya 19:00-da çatacaq. Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə hərəkət edən 6023 nömrəli qatar isə Bakıdan 19:16-da yola düşəcək və Sumqayıta 19:53-də çatacaq.

Əlavə olunub ki, bu qatarlar yalnız iş günlərində fəaliyyət göstərəcəklər.