adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
20 May 2020 15:28
51068
İQTİSADİYYAT
A- A+

Astaraçay üzərində yeni körpü tikiləcək

Yaxın gələcəkdə İran İslam Respublikası və Azərbaycan Respublikası arasında Astaraçay çayı üzərində yeni körpünün tikilməsinə başlanacaq.

Trend-in məlumatına görə, bunu İranın şimalında yerləşən Gilan vilayətinin Astara rayonunu qubernatoru Həsən Rüstəmzad deyib.

H.Rüstəmzadın sözlərinə görə, bu körpü İran və Azərbaycan arasında Astaraçay üzərində 3-cü beynəlxalq körpü olacaq və ondan tranzit yük maşınlarının keçməsi üçün istifadə olunacaq.

Rüstəmzad deyib ki, bu körpünün inşa olunmasına 400 milyard rial (təxminən 9,5 milyon dollar) vəsait ayrılıb.

O əlavə edib ki, Astara dəmiryolu terminalı ərazisində taxıl və neft anbarları inşa edilməkdədir. Azərbaycan bu layihələrin icra olunması üçün 60 milyon dollar investisiya yatırıb.

Astara-Rəşt dəmir yolunun 10 kilometri İranın Astara rayonu ərazisindədir. Bu dəmir yolunun inşasına 600 milyard rial (təxminən 14,2 milyon dollar) vəsait ayrılıb və inşa işləri davam edir.