Kosmosda dəstəmaz və Azərbaycan ədəbiyyatı - Emin Piri yazır

Emin Piri
110043 | 2020-05-23 09:37

Keçən kərə bir türk verilişində baş verənlər diqqətimiçəkdi. Müasir informasiya dövründə, elmin, texnologiyanın özünün yüksək inkişaferasını yaşadığı zamanda tamaşaçı ilə din alimi belə bir məsələni həll etməyəçalışırdılar:

" Kosmosda kosmonavtlar dəstəmazı necə almalıdır?”

Bu duruma izah verməkdə acizəm.

Sonra düşünəndə gördüm ki, yox, heç də onlardanuzaq deyilik. Elə bizim ədəbiyyat kimi. Nobel həsrətiylə gözünə yuxu getməyənbizim yazarların ən ümdə məsələsi həmin din alimindən, bəyənmədikləri, geriqalmış adı verdiyi o sadə dindarla eynilik təşkil edir: "Yazıçı sırğa, üzüktaxmalıdırmı?” , " Şair qızla necə görüşməlidir”, "Yazıçı neçə bakal içə bilər”.

Belə mövzular hər gün, saysız hesabsızdır və ciddi mətnləri az qala yüzqat üstələyir.

İnanın ki, mahiyyət eynidir. Ya hər şey tükənib, yaolan poetensialımız bu düşüncələr qədər bəsitdir, ya da ki bundan imtina edənlərdurub bir açıqlama vermələdir ki, filan sifariş, filan qadağa buna məcbur edib.

Bu ya mətnsizlikdən irəli gəlir, ya da məqsəd Azərbaycanədəbiyyatını öldürməkdir.

Və bundan sonra yazıq oxucu hələ də ciddi, beynəlxalq ədəbi mükafat gözləsin...Hələ çox gözləyər.

Sırf hansısa mətbu orqana toxunmaq fikrindənuzağam, sadəcə ani olaraq qarşıma çıxanlardan danışmaq istədim. Durumun nə qədəracınacaqlı olduğunun fərqindəyəm.

Malik olduğu inzibati resursa, vəzifəyə görə, qərbin"podval” (lap olsun normal) nəşriyyatlarında məhdud tirajla kitabı dərc olunanyazıçının "məni dünya tanıyır”, "dünya ədəbiyyatına Azərbaycanı çıxartmışam”tipli açıqlamalarına sürəkli alqışlarla tost deyin, həftənin ədəbiyyat əlavələrindəürəyinizi auksiona çıxarın, sonra da niyə dünya sizi oxumur deyə günahı özgəsindəaxtarın.

Fikir vermisinizsə xaricdə keçirilən kitab təqdimatlarımızbelə hansısa universitetdə məhdud tələbə sayıyla və onlara könüllü payladılmışkitablarımızla keçirilir. Heç nə, bir az xaricdə gəzmək, otel xərcləri, əcnəbi ədəbiyyatşünaslarıdolandırmaq, hansısa qurumun adıyla pul silmək və gəldikdə az qala qəhramankimi qarşılanma ssenarilərini cızmaq. Və siz bu tip insanlardan ciddi ədəbiyyatmükafatı, hətta Nobel gözləyirsiniz. Yaxşı, əsəbləşməyin, gülmürəm, vallah....

Bu qədər xərc əvəzinə heç olmasa pulla mükafatalsaydılar, yenə adama bu qədər təsir etməzdi.

Sənin adi sayt, qəzət, jurnal və yaxud müdirininbir hekayəsi dərc olunsun. Sonra da həftəyə biri olmaqla işçin o hekayənin birabzası haqqında elmi araşdırma, köşələr yazsın. Oxucular bundan sonra sizi niyəciddiyə almalıdır, və yaxud sən oxucudan niyə şikayətlənirsənki?Axı, hamı kordeyil. Başa düşmürsünüz ki, bunu edən işçilərinizi sizin yazınız deyil, oyazıyla evə aparacağı bala sevgisi düşündürür?

Mən hələ çap olunmamış əsərlər haqqında qabaqcadan yazılanresenziyalar, az qala roman boyda həsr olunmuş yazılardan danışmıram.

Sən yazıçı, şairə alkaş obrazı yapışdır, işin-gücünaraq rumkalarıyla poz vermək olsun, sonra niyə səni qeyri-sağlam düşüncəlisaymaqlarından, sənina adın gələn kimi mətndən çox yadlarına yeyib-içmək düşməyindənnarahat olursan?!

Sən bir araq qonaqlığına əqidəni, dostlarını, satabildiyin hər şeyi sat, bayağı bir əsər sağlığına ciyərlərini müftə içkiylədoldur, sonra əksəriyyət səni niyə ciddiyə almır deyə qəmli statuslar yaz...

Sən filan yazıçı "yaxşıdır” sözündə "yaxşını” beləonun ciblərinə dikilmiş gözlərinlə ölç. Bundan sonra sənə niyə tamada obrazıylayanaşmamalarını istəyirsən?

Ədəbiyyat saytları yox kimidir və yaxud bağlanır.Istənilən halda acınacaqlıdır. Sözüm bunda deyil. Bəlkə də günahı bu sahəyə pulayıranlardadır. Amma ədəbiyyat adamları dediklərimiz belə ucuza satılanda,bir-birini satanda təbii ki,o boyda xərclərayırıb heyət saxlamağı artıq biləcəklər. Axşam bazarı varkən, o boyda xərc niyəlazım olsun ki...

Dostbazlıq, saytbazlıq, işbazlıq və sonda sən dədigər "bazlıq”lara göz yummağa məhkumsan.

Bir neçə QHT və "çörəkpulu”təşkilatlarında A4ölçüsündə diplomlar almağı uğur bilirsənsə, sözüm sənə deyil.

Yazar dostum sən niyə axı hərşeyşünas olmağaçalışırsan? Hardasa həkim, seçkilərdə seçki mütəxəssisi, debatlarda siyasətçi...Hər şeyşünas olmaq istərkən heçnələrə sahib oluruq.

Kreslo ümidiylə susduğun, yaşadığın illər, arzular,ümidlər bilirsənmi səndən necə mətnləri oğurladı?

Hansısa mükafat ümidiylə səndən itlərə məxsus sədaqətlikistənilsin. Sən buna döz sonra da gileylən ki, niyə cəmiyyət sənə o yazıqheyvanın hörmətini qoyur, amma insan hörməti yox? Axı, sən də insan olmalısan,qarşına atılan yala görə, şərə xidmət etməli deyilsən.

Bəzi mükafatlar, ölü ştat maaşları qohumbazlığa,dostbazlığa əsaslansın, amma gənc yazarın iş istəməsinə, halal zəhmətlədolanmasına pis baxılırsa və buna göz yumursansa inan, əziz dostum sən də onunkimi Azərbaycan ədəbiyyatının qatilisən!


TƏQVİM / ARXİV