adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
20 May 2020 12:05
9255
GÜNDƏM
A- A+

Miqrasiya Xidmətinin rəisi pandemiya dövrünün əsas çətinliyindən danışdı

"Dövlət Miqrasiya Xidmətinə pandemiya dövründə hər hansı əməkdaşın məsuliyyətsizyanaşması, hər hansı məqsədli, qərəzli fəaliyyəti ilə bağlı müraciətlər daxil olmayıb”.

Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov pandemiya dövründə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti və ölkəmizdə olan əcnəbilərə göstərilən xidmətlərlə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ilkin dönəmdə insanların narahatlıqları var idi, çünki elektron xidmətlərə müraciət kəskin artmışdı:

"Müraciətlər xüsusi həssaslıqla araşdırılır. Daxildə əməkdaşlarımızamüəyyən xəbərdarlıqlar edilir.Bu proses bizim xidmət üçün də müəyyən çağırışlar yaradıb. İnsanların elektron bacarıqlarının az olması müəyyən narahatlıq yaradır”.

"Bəzi insanlar müraciət edir və elə bilir ki, müraciəti qeydə alınır. Lakin bəlli olur ki, səhv müraciət ediblər. Belə hallar araşdırılır”, - deyə xidmət rəisi qeyd edib.