adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
21 May 2020 09:20
50952
ŞOU-BİZNES
A- A+

Müğənni Rəqsanə: “... istədiyin kimi yaşa...”

Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılova Moskvada 250 azərbaycanlı ailəsinə yardım etməsi ilə hamının rəğbətini qazanmışdı. Bu prosesdə hətta o və əri hücuma məruz qaldı. Yadınızdadırsa, özünü səfirlik əməkdaşı kimi təqdim edən şəxs onların da yardımda adının çəkilməsini tələb etdi. Müğənni yardıma onların pul vermədiyini bildirib və adlarını çəkməyəcəyini deyir və bundan sonra həmin şəxs yardımın paylanmasına mane olur.

Ərzaiyə polis çağırılır. Bu zaman tərəflər arasında əlbəyaxa dava düşür.

Səfirlik işçisi deyilən şəxs müğənninin həyat yoldaşına hədə-qorxu gəlir. "Səninlə sonra görüşəcəm" deyir. Uzun sözün qısası, bu olaylar Rəqsanəni xalqın gözündə hörmətli etdi.

Amma indi daha yeni bir xəbər var. Müğənni Rəqsanənin yeni görüntüləri də hər kəsin marağına səbəb olub.

Adalet.az xəbər verir ki, müğənni instaqram hesabında yataqda hamam xalatı ilə fotosunu paylaşıb. O, fotonu "Səni həyatının sonuna kimi qınayacaqlar. Ona görə də istədiyin kimi yaşa...” şərhi ilə paylaşıb.


İzləyicilər müğənninin fikri ilə razılaşsalar da, fotosunu tənqid ediblər.

Əntiqə Rəşid