Əbülfət MƏDƏTOĞLU: DİLİMDƏN QAÇAN İSTƏK
Kipriklərimin ucu
Saralmış quş dimdiyi...
Duz qovurmuş baxışlar -
Nişan verir kimliyi...
Dodaqlarım- çat -çatdı -
Dilimin kökü yara...
Səsim bir addım atdı -
Uçdu qar - düşdü tara...
Xəyalımdan keçənlər
Yuxumu çalan ilan...
Nişangahı seçənlər -
Ruhu etdilər talan...
Ahın düyünləri çox,
Ümidin sapı çürük...
Qəfil ölümümdən qorx -
Hərdən gözümə görük!