adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 May 2020 23:00
16071
DÜNYA
A- A+

ABŞ-dan şok: Tiflis İranla bağlı nələr edir?

Amerikalı senatorlar Ted Kruz, Con Kornin, eləcə də konqresmenlər Codi Arrinqton və Markveyn Malin mayın 15-də ABŞ Dövlət katibi Mayk Pompeo və Maliyyə naziri Stiven Mnuçinə Gürcüstanla bağlı məktub göndəriblər.

Axar.azxəbər verir ki, məktubda senatorlar və konqresmenlər Gürcüstandakı pis idarəçilik və potensial qeyri-qanuni iqtisadi aktivlikdən narahat olduqlarını bildiriblər. Onlar Gürcüstanın Amerikaya düşmən əhval-ruhiyyədə olan ölkələrlə əlaqəsinin ABŞ-ın geostrateji maraqlarına zidd olduğunu və buna ciddi reaksiya verilməsini istəyiblər.

Məktubda Gürcü Arzusu Partiyası və onun lideri Bidzina İvanişvili tənqid edilib. Onlar İvanişvilinin Rusiya hakimiyyəti ilə əlaqədə olduğunu, ABŞ investorlarının Gürcü Arzusu tərəfindən ölkədən çıxarıldığını, eləcə də ABŞ şirkətlərinin Anakliya limanı layihəsindən uzaqlaşdırıldığını bildiriblər. Senatorlar və konqresmenlər bunun ABŞ-ın milli təhlükəsizlik maraqlarına zidd olduğunu bəyan ediblər.

Məktubda, həmçinin, keçən il Gürcüstana birbaşa investisiyaların həcminin 50% azaldığı, eləcə də Qərb biznesinə bürokratik əngəllərin artırıldığı vurğulanıb. Senatorlar və konqresmenlər Gürcüstan hökumətinin fəaliyyəti nəticəsində legitim biznesin yerini qanunsuz ticarətin tutduğunu və bunun İrana qarşı ABŞ sanksiyalarının dəlinməsində istifadə edildiyini bildiriblər. Özəlliklə, Gürcüstan maliyyə sisteminin ABŞ-ın İrana qarşı sanksiyalarının dəlinməsi prosesində 2013-cü ildən iştirak etdiyi qeyd edilib.