adalet.az header logo
  • Bakı 19°C
19 May 2020 22:40
51980
MARAQLI
A- A+

Çimərlikdə selfi çəkdi, dərhal həbs olundu

Havay adalarındakı çimərliklərin birində selfi çəkən turist həbs olunub.

Axar.azxəbər verir ki, 23 yaşlı Nyu York sakini Tarik Peters Vaykiki çimərliyində çəkdiyi fotonu sosial şəbəkə hesabına yerləşdirib.

Dərhal Havay prokurorluğu araşdırmalara başlayıb. Otel əməkdaşları da turistin bir neçə dəfə binanı tərk etməsi ilə bağlı ifadə veriblər.

Araşdırmalardan sonra həmin şəxs saxlanılıb.

Qeyd edək ki, Havay adalarına gələn turistlər iki həftəlik karantində qalırlar.

Hazırda adada indiyədək 638 koronavirusa yoluxma hadisəsi baş verib, 17 nəfər ölüb.

Xatırladaq ki, mətbuatda ABŞ-ın Kaliforniya ştatının Reseda şəhərində yaşayan Azərbaycan vətəndaşı Abdulla Əliyevin də (digər adı Turqut Əliyevdir) Havay adalarına istirahətə getdiyi və karantin qaydalarını pozaraq çimərliklərdə çəkilmiş fotolarını, açıq havada necə əyləndiyinə dair görüntüləri sosial şəbəkələrdə paylaşdığı üçün həbs olunması ilə bağlı məlumat yayılmışdı.