adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
19 May 2020 21:36
47177
KRİMİNAL
A- A+

Tibbi maska taxıb stomatoloji klinikanı qarət etdi - VİDEO

Rusiyanın Rostov-Don şəhərində oğurluq üçün stomatoloji klinikanı seçən şəxsin axtarışları davam edir.

REN TV xəbər verir ki, adı istintaqa məlum olmayan kişi əlində bıçaqla stomatoloji mərkəzin xəzinədarına hədə-qorxu gələrək, pulları ələ keçirib və hadisə yerindən qaçıb.

Klinikanın təhlükəsizlik kameraları tərəfindən qeydə alınan görüntülərdə cinayətkarın öz sağlamlığına diqqət etdiyi, tibbi maskada və əlcəkdə olduğu diqqətdən qaçmayıb.

Lakin hadisə yerindən uzaqlaşan şəxsəlcəklərini klinikada unudub.Qeyd olunur ki, bu geyim aksesuarları onun əl izlərini müəyyən etməkdə polislərə kömək edəcək.