adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 May 2020 21:00
14587
SAĞLAMLIQ
A- A+

Sinqapurda 357 nəfərə yanlışlıqla koronavirus diaqnozu qoyuldu

Sinqapurun Səhiyyə Nazirliyi koronavirus testlərinin cavablarının göndərilməsi zamanı səhvə yol verib.

Bu barədə "HaberGlobal” məlumat yayıb.

Ölkənin Səhiyyə Nazirliyi tərəfindən ikinci dəfə koronavirus testindən keçirilmiş 357 nəfərə müsbət cavabgöndərilib. Nazirlik bir müddət sonrabunun sistemdə yaranmış texniki səhvlə bağlı olduğunu açıqlayaraq,yaranmış gərginliyə görə həmin şəxslərdən üzr istəyib.