adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
19 May 2020 20:19
14351
DÜNYA
A- A+

Qüds şəhərindəki Əl-Əksa məscidinin açılacağı vaxt müəyyən edilib

İsrailin Qüds şəhərindəki Əl-Əksa məscidi Ramazan bayramından sonra müsəlmanların ibadət edə bilmələri üçün açılacaq.

Trend-in məlumatına görə, bu barədə Qüdsün İslam Vəqfi İdarəsi bildirib.

Qeyd olunur ki, bu qərar koronavirus infeksiyasının yayılma tempinin azalması nəzərə alınmaqla və səhiyyə orqanları ilə müzakirələrdən sonra qəbul edilib.

Xatırladaq ki, İsraildə bütün dini məbədlər koronavirus pandemiyası ilə əlaqədar bağlanmışdı.

Bu günədək İsraildə 16 mindən çox şəxs koronavirusa yoluxub, 277 nəfər ölüb.