adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 May 2020 19:25
19468
İDMAN
A- A+

Sonuncu dəfə Azərbaycanın ev sahibliyi etdiyi iki mötəbər yarış təxirə salındı

Dünyanı cənginə alan koronavirus pandemiyası bütün sahələrə olduğu kimiböyük idman yarışlarına da təsirsiz ötüşmür.

Oxu.Azxəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci il 23 iyul-8 avqust tarixlərinə keçirilməsi gələn il təşkili nəzərdə tutulan iki mötəbər yarışın da vaxtının dəyişdirilməsinə səbəb olub.

Bu yarışlardan biri gələn ilin 24 iyul-1 avqust tarixlərində Slovakiyanın Banska Bıstritsa şəhərində keçirilməli olan Avropa Gənclər Yay Olimpiya Festivalıdır (EYOF). Tokio Olimpiadasının vaxtının gələn ilə dəyişdirilməsindən sonra təşkilatçılar fərqli yaş kateqoriyaları olsa da, EYOF 2021-in 2022-ci ilin 24-30 iyul tarixlərində təşkil edilməsinə qərar verib.

2021-ci ilin 20-29 avqust tarixlərində Türkiyənin Konya şəhərinin qəbul etməli olduğu V İslam Həmrəyliyi Oyunları da 2022-ci ilə keçirilib. İslam Həmrəyliyi İdman Federasiyası Olimpiada ilə arasında qısa zaman kəsiyinə görə, bu yarışın 2022-ci ilin avqustunda keçirilməsinə qərar verib.

Qeyd edək ki, iki ildən bir təşkil edilən EYOF və dörd ildən bir keçirilən İslam Həmrəyliyi Oyunları üzrə son yarışlara Azərbaycan ev sahibliyi edib.