ANA SƏHİFƏ / YAZARLAR

SERİALI XİLAS ETMƏLİ!

48967    |   2013-06-01 01:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İncisələr də bu əhvalatı yazmalıyam. Bəlkə heç incimədilər də, qəzet oxumağa maraqlı deyillər, araqarışdıran olmasa hardan biləcəklər. Amma çox yaxın və hörmətli qohumlarım sayılırlar.
O gün kresloda yerimi rahatlayıb ciddi bir mövzuya aid verilişin başlanmasını gözləyirdim. Belə verilişlər nadir hallarda olduğundan bir az da həyəcanlı idim. Düşünürdüm ki, indi bütün millət də mənim kimi bu verilişin intizarındadır.
Elə bu vaxt qapının zəngi çalındı. Həmin hörmətli və yaxın qohumlarım idi: ali təhsilli, müasir baxışlı, hətta övladlarından böyüyünün xaricdə ikinci universitetə daxil olması... Səmimi qarşılanma, görüş və xoş-beşdən sonra "Şəhəri gəzirdik, evinizin yaxınlığından keçəndə dedik sizə baş çəkək, bir fincan da (onlar çoxdandı stəkan sözünü işlətmirlər) çayınızı içəkg"deyə xəbərsiz gəlişlərinin məqsədini yüngülləşdirdilər. "Kasıbın olanındang"ifadəsindən də mənim xoşum gəlmir. Kasıbların hamısı qaldı Sovet dövründə. Bu səbəbdən də belə deyək ki, evdə olandan masanın üstünə düzüldü: meyvə, qənd, konfet, mürəbbə... Əslində neçə ildir bizim öz mürəbbəmiz olmur, bəzi özəl səbəblərdən bişirmirik, hər il qayınanam pay göndərir. Allah canını sağ eləsin.
"Gəlib bir təhər çıxmışıq əzizlərimizin evinə, əziyyət veririk, elə serialımıza da burda baxarıq" - bu sarsıdıcı sözləri də xanım qohumumuz söylədi. Məşhur serb yazıçısı Bronislav Nuşiç dilində bu, mənimçün təxminən bu cür səslənirdi: "Edama məhkum olunmağınız münasibətiylə sizi səmimi qəlbdən təbrik edirik, sizə uzun ömür, can sağlığı arzulayırıq..."
Mən artıq serial sözünü çoxdandır ki, "Suren Osepiyan-40" ifadəsinin sinonimi kimi tutuşdururam. Keçmişlərdə bu adda Bakıda bir küçə vardı. Vardı deyəndə, indi də var, ancaq başqa adla. Və bu küçəni camaat daha çox oradakı keçilməz boz bir binaya görə tanıyırdı. Qısası beləydi ki, o binadan rəsmi "kağız"ı olan istənilən Sovet vətəndaşı hətta vurub adam öldürsə də onu türməyə basmazdılar. Sadəcə aparıb uzun müddət "Osepiyan-40"da saxlayaraq məxsusi qulluq edərdilər, vəssalam! Bu qaydalar gərək ki, indi də qüvvədədir.
Gör haralara gedib çıxdıq ey! Zalım uşağı, vaxt tapdılar çay içməyə.
...Mən özümü eşitməzliyə vurdum və veriliş başlayan kimi onun əhəmiyyətindən, tamaşaçılara, bütövlükdə cəmiyyətə vacibliyindən söz saldım. Bayaq dedim, qohumlarım mədəni insanlardır, müəyyən qədər tədbirlidirlər. Ancaq hər ehtimala qarşı soruşdular ki, bəs siz seriallara baxmırsınız?
Bizimki də mətbəxdən səsləndi:
- Niyə baxmırıq... Müəllimin evə gec gələn vaxtları da olur.
Sonra guya zarafatla əlavə də etdi:
- Əsas bütün kanallarda xəbərlərin izlənməsidir, çempionlar liqasıdır, hər gün versələr "Qladiator"dur, "Cəsur ürək"dir, Kamelotdur-nədir, "Pianoçu"dur... Hələ yaxşı ki, dünya birincilikləri, Olimpiadalar il boyu davam eləmir...
Mən yenə də özümü eşitməzliyə vurub verilişə baxır, xanımımın göz-qaş etməsinə də əhəmiyyət vermirəm. Əslində onun bu cür qonaqpərvərliyi də elə müəyyən mənada öz arzularının ifadəsiydi, serialla bağlı idi.
... Məsələnin xüsusi bir halına məəttəl qalmışam. "Mənim serialım" deyəndə belə başa düşülməlidir ki, adam hansısa bir serialın ovsunundadır və günlərini, saatlarını, özətlərini və sairəni xüsusi cədvəl kimi əzbər bilərək böyük həyəcan və xoşbəxtliklə izləməkdədir. Ancaq maraq göstərib diqqət yetirdikdə görürsən ki, o, ən azından ayrı-ayrılıqda üç seriala "Mənim serialım" deyir. Həm də bütün bunlara vaxt ayırır, vaxt tapır. Başa düşə bilmirəm, bu, gerçək sevgidir (bir ürəkdə eyni vaxtda neçə sevgi?), yoxsa... Lənət şeytana!
Yavaş-yavaş indi anlayıram ki, hələ 3 il bundan əvvəl bizim şair qardaşımız nəyə görə tez-tez belə-belə düşüncələr bölüşürdü: "...Qəhrəmanlıqlar, sevgilər, xəyanətlər, xoşbəxtliklər - hamısı serial kimi bir şeydir. Biz hamımız serialıq!" Müəyyən qədər subyektivlik hiss olunsa da, çox sərrast deyilib. Hətta modernist bir təvazökarlıq göstərilməklə bunun bumeranq effekti də nəzərə alınıb.
...Mən öz verilişimə baxmaqda, qohumlarım da öz serialları üçün getməyə bəhanə fikirləşməkdə. Onların vaxt bölgüsünə görə hələ ki, serialın özəti yarıya çatmaqdadır. Çayı içən kimi qalxıb getmək olmaz. Hələ ehtiyatda 10-15 dəqiqə var. Üstəlik reklam da veriləcək. Mən arada kreslonun qırağındakı qəzetin ağ haşiyəsinə qısa qeydlər edirəm, lazımdır. Gizlətmirəm ki. Verilişin vacibliyi, aktuallığı öz yerində, həm də mənə yazı mövzusu verib. Qohumlarım da bilir, çörəyimiz yazdığım məqalələrdən çıxır.
Verilişə onlar da baxırlar. Etika xətrinə yox, müəyyən mənada təbii yanaşmadır. Ancaq dəqiqələr ötdükcə onların davranışında daxili bir "SOS" həyəcanını da hiss edirəm. Sanki Bosforda, bəlkə də Cənubi Amerika tərəflərdə hansısa gəminin batmaq təhlükəsi yaranıb.
Görəsən bu dünyada "Serial" adlı gəmi varmı?
...Çox səmimi şəkildə üzrxahlıq edib ayağa qalxırlar. Sağollaşıb sürətlə pilləkənləri enirlər.

Mart, 2010

P.S. İyun da gəlib çatdı. Yağışlara, leysanlara baxmayaraq, deyəsən artıq yay başlayır. Həm də məzuniyyətlər, səyahətlər, bir çoxları üçün də uzun müddətli rəngarəng dincəlmələr mövsümü... Son vaxtlar telekanallarda (Türkiyə kanallarını da özümüzünkü sayıram) başqa bir məsələ də gündəmə gətirilir. Teleserialların sezon finallarının anonsları verilir. Bu o deməkdir ki, kimlərsə bu ayrılığın əzabını adlamaq üçün iki-üç aylıq dərin bir "yay yuxusu" arzulayacaq, özünə yer tapmayacaq, "serial sindromu"nu təpə-dırnaq yaşayıb ötürməli olacaq.
Kimlərinsə heç vecinə də olmayacaq...

31 may 2013

Məzahir ƏHMƏDOĞLU


İmza:

YAZARIN ARXİVİ

2018-10-08 : PİS ADAM YOLDA
2017-08-04 : VAMPYRUM
2017-06-16 : DINIŞKA
2017-05-19 : Qarik
2016-06-25 : QARTALI SEVMƏK
2015-09-19 : NOSTALJİ
2015-08-15 : ŞOTA
2015-08-09 : MAFİOZLAR
2015-07-07 : QARTALI SEVMƏK
2014-12-06 : KANYON
2014-08-26 : REGİON
2014-08-23 : REGİON
2014-08-09 : DAHİ
2014-08-02 : QARTALI SEVMƏK
2014-05-31 : SPARTAKiada
2014-03-20 : Novruz küləyi
2014-03-15 : ŞARJ
2014-02-15 : SVOBODA!
2014-01-11 : MİRAJ
2014-01-09 : KARDELEN
2013-09-18 : NEOVENDETTA?
2013-09-14 : I I I İSGƏNDƏR
2013-09-07 : XORA
2013-08-24 : TATUİRİZM?
2013-08-03 : SFİNKS
2013-07-27 : PSİTTAKİFORMES
2013-04-02 : SÖZÜN ŞƏKLİ
2012-10-20 : YUXU
2012-10-18 : STADİON
2012-08-25 : ALDIRMA, KÖNÜL!
2012-08-23 : PİS ADAM YOLDA
2012-05-01 : MAY GÜNÜ
2012-03-03 : VAMPYRUM
2011-08-13 : İki Koşevoy
2011-04-30 : VENDETTA?
2011-03-16 : SADƏCƏ...
2010-10-02 : ATA QATİLLƏRİ
2010-08-14 : YUXU
2010-07-17 : ALDIRMA, KÖNÜL!
2010-06-12 : VAMPYRUM
2010-05-01 : MAY GÜNÜ
2010-04-24 : MONOLOQ
2010-04-03 : SPARTAKiada
2010-02-20 : DERBİ
2009-12-19 : ÇƏTİN SÖHBƏT
2009-10-31 : İMLA QONAQLIĞI
2009-10-10 : SEZARIN QAYITMASI
SON XƏBƏRLƏR
2018-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK