adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
19 May 2020 18:23
14914
DÜNYA
A- A+

Rusiyada spirtli içki satışına icazə yaşının artırılması təklif olunur

Rusiya parlamentinin yuxarı palatası Federasiya Şurası spirtli içki satışına icazə yaşının 18-dən 21-ə qaldırılmasını təklif edib.

Trend-in məlumatına görə, bunu Federasiya Şurasının Sosial komitəsi sədrinin birinci müavini Valeri Ryazanski deyib.

O bildirib ki, hazırda bununla bağlı Nazirlər Kabinetinə təklif və tövsiyələr edilib.

Yaxın zamanlarda deputatlar qərar layihəsinə olunacaq dəyişikliklərə bağlı müzakirələr aparacaq.