adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
19 May 2020 18:12
66108
TEXNOLOGİYA
A- A+

Hakerlər aviaşirkətin 9 milyon müştərisinin məlumatlarını ələ keçirib

Böyük Britaniyanın "EasyJet” aviaşirkəti haker hücumuna məruz qalıb.

Trend-in məlumatına görə, nəticədə 9 milyona yaxın müştərinin məlumatları ələ keçirilib.

Bu məlumatlar, əsasən elektron poçt və səfərlər barədə informasiya olsa da, 2,2 min müştərinin kredit kartları barədə məlumatlar da hakerlərin əlinə keçib.

Şirkət rəhbərliyi məlumatları ələ keçirilən müştərilərlə əlaqə yaradaraq həmin məlumatların digər şəxslər tərəfindən istifadə imkanlarını azaltmaq üçün müdafiə tədbirləri görmələrini tövsiyə edir.