adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
19 May 2020 12:09
19429
SİYASƏT
A- A+

Daxili İşlər Nazirliyi bəzi sahələrdə yoxlamaların bərpa olunması barədə məsələ qaldırıb

Daxili İşlər Nazirliyi bəzi sahələrdə yoxlamaların bərpa olunması barədə məsələ qaldırıb.

Adalet.az-ın məlumatına görə, bunu Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, Müvafiq qanunvericilik aktlarına əsasən sahibkarlıq subyektlərində yoxlamalar dayandırıldığı üçün son illər kənd təsərrüfatı, ictimai iaşə və digər sahələrdə məcburi əmək faktlarının aşkarlanması üzrə monitorinqlər aparılmır. Ancaq məsələnin əhəmiyyəti nəzərə alınaraq həmin yoxlamaların bərpa olunması üçün Daxili İşlər Nazirliyi tərəfindən aidiyyəti üzrə məsələ qaldırılıb.

Nicat Novruzoğlu