adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
19 May 2020 11:58
15813
SİYASƏT
A- A+

Mənəviyyat əleyhinə hüquqazidd əməllər törədən 27 nəfər cinayət məsuliyyətə cəlb olunub

İnternet informasiya resurslarının və kütləvi informasiya vasitələrinin gündəlik monitorinqi aparılaraq insan alveri, onun müxtəlif formaları və ictimai mənəviyyat əleyhinə olan 100-ə yaxın hüquqazidd əməl barədə məlumat aşkarlanıb və hər biri tam və hərtərəfli araşdırlılıb.

Adalet.az-ın məlumatına görə, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında deyilir.

Onlardan təsdiqini tapmış 4 fakt üzrə qanunvericiliyə uyğun tədbirlər görülüb. Bütövlükdə isə ictimai mənəviyyat əleyhinə olan hüquqazidd əməllərlə bağlı 53 fakt müəyyən edilərək 27 nəfər cinayət, 779 nəfər inzibati məsuliyyətə cəlb olunub.

Nicat Novruzoğlu