Rza Rzayev: ...və özünü kişi sayanlar

RZA RZAYEV
85952 | 2020-05-23 10:40

Hər zaman belə olub: bütün vasitələr bitəndə məğlub olan kəs ayrı-ayrılıqda məğlub olanlardan başına dəstə toplayır; başqa yolları qalmadığından, yeni mübarizə yolu tuturlar, özlərini axırıncı yola qoyurlar.

Millətlər iki yerə bölünür – millət var ki, onun fərdi təkbaşına hansısa müqavimət göstərilməli anda quzu balasına dönür, amma 3-4 nəfəri birlikdə bir orduya qarşı dura bilir; millət də var ki, onun fərdi təkbaşına bir orduya qarşı döyüşür, ordu ilə birlikdə edə bilmədiyini təkbaşına edir. Millətlər var ki, onlardaşəxsi şərəf, qeyrət, namus hissi daha üstün tutulur; millətlər də var ki, milli namus, şərəf hissi daha qabarıqdır.

Biz, – yaxşı, ya pis olduğunu deyə bilmərəm, – o millətlər sırasına daxilik ki, bizdə şəxsi namus, şərəf hissi, milli şərəf və namus hissindən öndədir.

Azərbaycan Şərq ölkəsidir, azərbaycanlılar mühafizəkar millətdirlər və bizimcəmiyyətdə söyüş çox ağır qəbul olunur.

Söyüş söyən dəstəni yönləndirənlər milli psixologiyanı dərindən öyrənib, taktikanı müəyyənləşdiriblər.Çoxdan həyata keçirmək istədikləri məqsədlərinə nail ola bilmədiklərindən, yəni sabit dövrdə əldə etmək istədikləri çoxluq əllərindən çıxdığı üçün indi aranı qatıb, qarışıq dövrdə az da olsa, nələrsə əldə etmək istəyirlər.

Azərbaycan yeganə Şərq və neft ölkəsidir ki, 93-cü ildə Böyük Heydər Əliyevin müəyyən etdiyi və həyata keçirdiyi siyasət nəticəsində güclər istədiklərinə nail ola bilmədilər. Əsası qorumaq, saxlamaq mübarizəsi nəticəsində torpaqlarımızın itirilmiş hissəsini bu günə qədər geri qaytara bilməsək də, torpaqlarımızı geri qaytarmaq hissimizi, gücümüzü itirmədik, qoruduq… Əsas olanı saxlaya bildik.

İllərdir güclər düşmənə qarşı göstərilən müqaviməti qırmaq üçün bütün vasitələrdən istifadə etdilər, nəticə vermədi. Güclər məqsədlərinə çata bilmədikləri üçün son zamanlar yeni mərhələ başlatdılar – daxildə insanları bir-birinə qarşı qoymaq, xaos yaratmaq üçün çoxluğun qəbul etmədiyi, bu günə qədər istifadəsi məqbul sayılmayan vasitəni – söyüşü ortaya atdılar.

Söyüş söyənləri idarə edənlərin əsas məqsədi cəmiyyətimizdə əsl sözün dəyərini azaltmaqdır – ağız deyəni qulaq eşitməsin, dəyərli sözlər qulaqardına vurulsun, sözlə insanlar arasında qurulan rabitə itsin. Prezidentin sözü dəyərdən düşsün, onun sözü keçərli olmasın.

Ölkə başçısının apardığı siyasəti qəbul etməyə bilərsən, onu sevməyə bilərsən, lap nifrət də edə bilərsən, amma ona hörmət etməyə bilməzsən. İstəsən, onu rəqib yox, düşmən qəbul et, onunla düşmən kimi mübarizə apar, istəyirsən, müharibə et, amma müharibə qanunlarını pozmadan, pozdunsa, olursan pozğun. Artıq apardığın "dava” şəxsiləşir – "millət, dövlət” deyə-deyə kiçilirsən, sənin dilindən heç nə məna qazanmır, dəyərlər, əksinə, dəyərsizləşir.

Bu millətin dəyərləri var, hamı tərəfindən qorunmalıdır, qorunmayanda hamıya zərər gətirir, sonda millət sonsuzlaşır.

Prezident rəsmi şəxsdir, dövlət başçısıdır,xalqın rəsmiifadəçisidir, hər yerdə xalqın adından danışır, xalqının iradəsini və sözünü təmsil edir.Onu xalqın gözündən salmaq üçün bütün vasitələr bitdiyindən, düşmənlər sonda söyüş taktikasını seçdilər.

Söyüşü seçənlər bilirlər ki, İlham Əliyev dövlət başçısı olduğu üçün şəxsi mənada bu söyüşlərə cavab verə bilməyəcək və kütlə psixologiyasında da bu hal yaxşı qarşılanmayacaq.Dövlət başçısının nüfuzuna təsir edəcək və Prezidenti söyənlər cəzasız qaldığı üçün çoxları şirnikəcək,"Əgər onu söyə bilirlərsə, hamını söymək olar”psixologiyası yaranacaq.

Bizim cəmiyyətdə söyüş bu gün dəşəxsi qisas hissiyaradır, belə olan halda söyüşlər cəmiyyətimizdə çaxnaşma yaradacaq, çünki çoxluq söyüşün cavabını özü verir və cəmiyyət bunu belə qəbul edib ki,"Söyüşdən şikayət olunmaz, söyənin dərsini şəxsən özün verməlisən”.

Bu məqsədlə dəson dövrlərcəmiyyətimizin həssas yanaşdığı, qəbul etmədiyi söyüşü çoxaldırlar. Kütlə küçədə, sosial şəbəkələrdə yeri gəldi-gəlmədi söyüşlə danışır, adi şeylərə belə mövqeyini söyüşlə bildirir.Ədəbiyyatda, filmlərdə, seriallarda vulqar söyüşlərdən istifadə olunur.

Kütləvilik o məqsədlə yaradılır ki, əsas cavabdehlər cəzasız qalsın, bir-iki nəfər olanda onları cəzalandırmaq mümkündür, amma belə adamlar çoxluğa çevriləndə şəxsi qisas almaq fiziki cəhətdən mümkün olmur.Çünki fərdi qisas hissinin qanunla nəzərdə tutulmuş cəzası vardır, birindən qisas alıb içəri gedəcəksən, o birilər yenə də "ağızlarını Allah yoluna qoyacaqlar”. Yenə də düşmənlər məqsədlərinə çatmaq üçün cəza alanı yox, cəzasız qalanları gözlərə soxacaqlar, təbliğ edəcəklər.

Bütün ölkələrdə və istənilən sahədə gizli və açıq senzura vardır. Senzura həmişə məqsəddən doğur, məqsəd xoş niyyətli olanda senzura özünü doğruldur.Həyatda dəyərli şeylərin miqdarı həmişə az olur. Senzura da daha dəyərlilərinüzə çıxmasına imkan tanıyır. Senzuranın əsasməqsədinitəşkil edən təkcə seçim deyil, həm də seçilənin təbliği ilə bərabəronun dərk olunmasına xidmət edən əsasların yaradılması,qurulması və təbliğidir,yəni sistemli işdir.Sovet vaxtı senzuradan keçirilənçoxluq və keçə bilən azlıqbu gün də dəyərli sayılır, sevilir.Məsələn, sovet dövründə çəkilən filmlərimiz və o zaman yaranan mahnılarımız, musiqilərimiz…

Müasir dövrdə isə senzuranı aradan qaldırıb bir şeyi dəyərdən salmaq üçün onun çoxluğunu yaradırlar. Məsələn, bu gün hər əli qələm tutanın roman yazması, kamerası olanın film çəkməsi, sponsoru olanın oxuması kimi…

Məqsəd yaxşıların içindən ən yaxşısını seçib üzə çıxarmaq olduğu halda, ən yaxşılar yaradılmış çoxluğun içində itib-batır, üzə çıxa bilmir, lap altda qalır, canı çıxır, zamanı keçir və beləliklə, istedadlı şəxs dolanışıq üçün başqa işlə məşğul olmaq məcburiyyətində qalır.

İctimai qınaq da, peşə şərəfi və vicdanlı olmaq da senzuranın fərqli formasıdır. Bizdə isə ictimai qınaq yox dərəcəsindədir. Ya da kimsə, hansısa partiyanın və yaxud dini təriqət üzvlərindən birinin şəxsi maraqlarına toxunanda, həmin şəxsin məxsus olduğu dəstədəkilərin sayı qədər baş verən hadisəyə münasibət bildirilir.

Amma istənilən halda söyüş məsələsiöz həllini tapmalıdır. Kimlərsə, yəni qabaqda gedənlər istənilən formada öz cəzalarını almalıdırlar ki, o birilərə dərs olsun, xorla oxuyanlar anlasınlar ki, növbə onlara da çata bilər, ağızlarına yiyəlik etsinlər.

Bizim ölkədə heç kim yiyəsiz deyil, hər kəsin də ümumi yiyəsi olan bir dövləti var, onun başçısı var, dövlət başçısının şərəfi, ləyaqəti hər kəs tərəfindən qorunmalıdır. Bu, həm də hər vətəndaşın öz şərəf və ləyaqətini qoruması anlamına gəlir.

Söyüş söyənlər üçün dərs götürülməli hadisələr baş verməlidir, kimlərsə bu dərsi keçməlidir.Cavab ən sərt şəkildə olmasa, müqəddəs heç nəyi olmayanlar hamıya qarşı hücum edəcəklər.

Böyük Heydər Əliyevin, İlham Əliyevin hesabına vəzifə tutanlar, var-dövlət qazananlar, cəmiyyətdə seçilmişlər siyahısına düşənlər və özünü kişi sayanlar, bu söyüşlərin cavabının nə olduğunu, bu söyüşlərə necə cavab vermək lazım olduğunu bilmirsiniz? Axı tərif deyəndə– nəslinizi, nəcabətinizi, övladlarınızı da qurban deyirsiniz!Gözləyirsiniz, kimsə desin nə etmək lazım olduğunu?! Övladlarınızdan birini bir neçə illiyə qurban verin də – bir neçə il də "içəridə” kef etsin!

Bir kişi qırığı ilə baş verən hadisəni aydınlaşdırmaq istəyirsən, iki adam arasında olan üz-üzə münasibəti və sənin onun öncəki hərəkətlərinə qarşı verdiyin adekvat reaksiyanı kişi qırığı götürüb ictimailəşdirir. Kişi qırığı özünün həmin an görüntüyə düşməyən öncəki hərəkətlərinin görünməməsindən məqsədli şəkildə istifadə edir, görünənlər ilə haqlı tərəfi haqsız vəziyyətə salmaq istəyir və buna az da olsa nail olur.

Etdiyi hərəkətlərə, verilən sullara cavab verə bilməyən və bunları təhqir hesab edən kişi qırığı hadisəni ictimailəşdirir,"Məni belə təhqir etdilər, amma səbr göstərdim” fonu yaradır, həmin anüz-üzəyediklərini də öz xeyrinə istifadə etmək istəyir.

Bütün alçaqlıqları, gələcək söyüşləri belə kişi qırıqları yaradır, bu halı nümunəyə çevirib, cavabını verə bilmədiyi sualları söyüş, təhqir adlandırır və sözü adiləşdirir, peysərliyi mədəni səviyyə ilə dəyişik salır.

Dediyini, etdiyini danana söyüş qoyarlar, söyüş ancaq bundan yanadır –insanın yalanını özünə yedirtmək üçün. O isə qoyulan söyüşü edilən söyüşkimi təqdim edir, qoyulan söyüşdən etdiyi xətaları gizlətmək üçün istifadə edir. Məqsədli söyülmək istəyi üçün yaratdığı şəraiti məqsədlərini həyata keçirmək üçün təminedici vasitəyə çevirir. Təqdim olunanlar isə əsl gerçəkliyi təhrif edir.

Bütün bəlalarımızın səbəbi gerçəkliyin təhrif edilmiş təqdimatıdır!

Əgər bu gün ölkəmizdə başqa vasitələr ilə gerçəkliyin, baş verən hadisələrin təhrif edilməsi halları varsa, yəni qırılan ələ "Köhnə qırıqdır” demək mümkündürsə, yumruğu telefonla əvəzləmək, özündən, qaynından, arvadından və bir neçə ştatlı şahidindən istifadə edib olmayanları olan kimi polisdə qeydə aldırmaqmümkündürsə, pullatutulmuş adam tərəfindən bir gənc bölmənin qarşısında soyuq silahla hücüma məruz qalırsa, sonra soyuq silah ilə hücum edən azadlıqda gəzirsə, əvəzində üzərinə soyuq silah çəkilənə qondarma cinayət işi açılırsa, bölmə rəisi bölməyə aid olan kameralara düşən görüntüləri gizlədirsə, deməli, onda ölkəmizdə sabitlik pozulacaq, çox talelər yarımçıq qalacaq. Kimisi həbsə, kimisi isə torpaq altına gedəcək, bunların olmaması üçün çəkilmiş rentgenin göstərdiyini dəqiq oxuyanlar, görənlər lazımdır, yoxsa məqsədli və şəxsi maraqlarını ödəmək üçün məqsədli rəy verənlər yox…

Son günlər gördüklərimi kimsə söyləsəydi inanmazdım, ölkəmizdə məmurların belə oyunlardan çıxdığına kimsə məni inandıra bilməzdi. Elə siz də, Cənab Prezident, yazılanların, deyilənlərin çoxuna inanmırsınız, çünki inanılmazdır, amma inanın –məmurlar ağ ediblər, bu özbaşınalığa dur deməyin zamanıdır, sizin nüfuzunuza xələl gətirən hər bir kəsi cəzalandırın, onda xalq sizi hər kəsdən həmişəki kimi qoruyacaq, amma məmurlardan və əqidəsindən dönənlərdən, ikiüzlülərdən qoruya bilmir, bu, onların iradəsindən kənardadır.

Bu gün vəziyyət elədir ki, Dövlət başçısı baş verən hadisələrinrentgeninə birbaşa özü baxmalıdır, verilən və yazılan rəyə yox.Bu isə fiziki və vaxt baxımından çox çətin məsələdir, amma başqa çıxış yolu da yoxdur…

Xalqın bugünkü hakimiyyətə rəğbəti, inamı ancaq və ancaq Dövlət Başçısına görədir. Neçə illərdir məmurlar bu inamdan, rəğbətdən istifadə ediblər öz şəxsi maraqları üçün.

Dövlət Başçımızın apardığı əsl siyasətin əksinə olaraq, məmurlar öz imkanlarından, yəni əldə etdikləri vəzifələrdən sui-istifadə etməklə bu siyasətin mahiyyət və məzmununu dəyişirlər, Dövlət Başçısını söyən, təhqir edən kəslərə qarşı milli müqaviməti zəiflədirlər.

Məmurlar çoxluğu, kibriti özləri yandırmasalar da, məqsədli olaraq insanların üzərinə "benzin tökürlər”, bilirlər ki, kənardan, xaricdən kimlərsə üstünə benzin tökülmüş insanlardan birinin üzərinə kibriti mütləq çəkəcək və benzinlənmiş insanlar alovlanacaq – yanan adam qaçacaq, alov yayılacaq və gec qalacağıq.

Bu gün artıq Dövlət Başçımız şəxsən benzinlənmiş insanların problemlərininhəllinə çalışır, bunu təkbaşına tam həll etmək mümkün olmayacaq, ən yaxşı nəticəni əldə etmək üçün ilkişiadamları benzinləyən məmurlardanbaşlamaq lazımdır.

Məmurların qulağını çəkmək nəticə vermədiyindən, bir neçə məmurun sərt şəkildə qulağını kəsmək lazımdır, bundan sonra hansısa kiçik məmur, tutaq ki, hansısa sapıq məktəb direktoru tabeçiliyində çalışan gənc xanım müəlliməni kabinetinə tək çağırmayacaq, ona işinə aid olmayan suallar verməyəcək, onun adının mənasını soruşmayacaq, nə də sonra direktor dəstəsi ilə birlikdə həmin müəllimədən olanları inkar etmək üçün ondan təzyiq vasitəsi ilə yazılı izahat almayacaq, nə də həmin sapıq direktora dəstək duranlar olamayacaq.Təhsil Naziri isə tabeçiliyində çalışan məktəb direktorunun öz otağına quraşdırdığı kamera ilə çəkdiklərini əldə edəcək, görüntülər ilə gerçəkləri üzə çıxaracaq, etdiklərini inkar edən məktəb direktorunun qulağını elə kəsəcək ki, bir daha bu hərəkəti kimsə etməsin. Bu hal isə Dövlət Başçısının ayağının altını qazanlara dərs olacaq. Çünki belə halların etik və mənəvi məna yükü var, belə adamlar cəzasız qalanda, həmin qeyri-etik hərəkətlər epidemiya halını alır və sonra qarşısı alınmaz hala gəlir.

Qanun- milli dəyərləri və adətləri özündə həm ifadə edir,həm də tam ifadə edə bilmir, çünki yazılan qanunlar həm də səndən olmayanlar ilə münasibət qurmaqüçündür,başqalarına uyğunlaşdırmağa məcbursan.Qanunda göstərilə bilməyən (yazılmamış) qanunlar da var ki, həmin qanunlar (dəyərlər) qanundankənar qanun kimi qorunur və insan məcbur olur ki, həmin qanunlardan istifadə edə, amma bu onun rəsmi qanunla cəzalanmasına gətirib çıxarır.

Kimsə belə bir nümunə yaratmalıdır.Kimin taleyinə düşəcək, bunu kim edəcək, artıq bunu zaman və həmin şəxs göstərəcək, biri özünü qurban verib yüzlərləqurban gedə biləcəkləri xilas etməlidir.Burada söyüş söyənlərin, söyüşü yaradanların qulağı kəsilməlidir. Burada qulağı kəsilənlərin səsi xaricdən, uzaqdan söyüş söyənlərin qulağına çatacaq və məsələ öz həllini tapacaq. Çünki xaricdə oturub söyüş söyənlər ağızlarının yiyəsi özləri deyillər. Onların ağızlarını başqaları məqsədli və necə gəldi işlədir.

Hər zaman siyasi mövqeyindən, fərqli düşüncəsindən asılı olmayaraq mübarizəmdə söyüşdən, təhqirdən istifadə etmədim. Özünü gözə soxmaq üçün müxalifətdə olanlara qarşı söyüşdən isifadə edənlərin də nə söyüş söyməsini qəbul etdim, nə də belə mübarizə formasını. Zamanında müxalifətlə apardığım ən sərt mübarizə anlarında belə söyüşə imkan tanımadım, söyülən müxalifətçinin müdafiəsinə qalxıb söyüşü aradan qaldırdım, "Ən yaxşı və məqbul hesab edilən vasitələr ilə müxalifətlə mübarizə aparmaq imkanlarımız və gücümüz var” – dedim.

Dövlət Başçımız, gözə girmək üçün rəqiblərə qarşı söyüşlə mübarizə aparanları cəzalandırmalı, belə adamlara qarşı sərt tədbirlər görməlidir.Müxalifətdə olanlar da belə addımlardan çəkinməli, öncə olanlara, baş verənlərə, münasibətlərə və mübarizə yollarına yenidən baxmalıdırlar.

Günahkar axtarılmadan günahlar hər iki tərəfdə ortadan qaldırılmalıdır.

Siyasi rəqiblər arasında yeni mərhələ başlanmalıdır. Qırmızı xətt heç bir halda keçilməli deyil, qırmızı rəng, həm də qan rəngidir, heç kimə ölkəni qana bələməsinə imkan verilməməlidir.

Bilirsiniz ki, dənizin böyüklüyünə görə gəmimiz çox kiçikdir, dənizdəki tufana, qasırğaya davam gətirməyən, tez batan daha çox kiçik gəmilərdir, sayımıza görə də gəmimiz kiçikdir. Gəlin, dənizin ortasındayer davası etməyək, gəmimizi birlikdə sahilə çıxaraq, böyüdək, onda hamıya yer olacaq. Hamı öz yerini tutacaq.

Məmurlar etdikləri, çıxardıqları əməllər və haqsızlıqlar ilə fərdlərin öz şəxsi məsələlərinə başlarını elə qatıblar ki, insanlar şəxsi problemlərdən başlarını itiriblər və Dövlət Başçısına qahmar çıxa bilmirlər.

Cənab Dövlət Başçısı, sizin və bizim ölkəmizdə, inanılmaz olsa da – dünyada analoqu olmayan hadisə baş verib – bir şəxs ən yaxın ailə üzvünə, doğmasına görə qanunu pozan kiçik bir məmura, sapıq məktəb direktoruna etiraz edir, sonra etiraz edən qardaşdan məktəb direktorunun mənsub olduğu məmurlar bandası qisas almaq üçün doğmasının qanunsuz işdən çıxarılma əmrini həmin qardaşın doğum günündə verirlər. Onların qanusuz hərəkətlərinə etiraz edəndən əxlaqa, mənəviyyata siğmayan vasitələr ilə qisas alırlar.Və işdən çıxarılma haqqında verilən əmrin qanunsuz olduğu haqda məhkəmə qərarlarının olmasına baxmayaraq, vətəndaş işdən çıxarılmaemrinin onun doğum günündə verilməsindən təhsil nazirinə yazdığı şikayət ərizəsinin üstündən bir ay keçsə də, cavab ala bilmirsə, cavabdehlər cavab vermək əvəzinə yığışıb, toparlanıb, hansısa vasitələrlə həmin şəxsə qondarma cinayət işi açdırırlarsa, belə olan halda siz niyə bu qədər əziyyət çəkirsiniz, onsuz da belə məmurlar mənəviyyata, əxlaqa sığmayan belə əmələri ilə sizin əziyyətinizi bir anın içində yerə vururlar.

Yaxşı ki, hakim haqqımda qaldırılan cinayətişininnə qədərqondarma olduğunu görüb vicdanına sığışdırmadı,hadisəni gözü ilə gördüyünüəsas gətirərək işə baxmaqdan imtina etdi və işə başqa rayon məhkəməsində baxılmasını istədi, işi apellyasiya məhkəməsinə göndərdi.Yoxsa bu haqsızlıqları edən məmurlar ölkəni qan çanağına çevirərdi.

Bu müraciət mənim üçün çox çətin və ağır olsa da, son zamanlar haqqımda qaldırılan qondarma cinayət işi barədə dövlət başçısına müraciət edəcəyəm, onunla bir sənət insanı, aktyor və rejissor kimi şəxsən görüşmək istəyimi bildirəcəyəm, bu, şəxsi məna və özünümüdafiə xarakteri daşımayacaq. Sadəcə şəxsən öz timsalımdabaşıma gətirilənlərin vasitəsi ilə, məmurların sintez halında vətəndaşların başlarına açdıqları oyunların şəklini dövlət başçısına faktlar ilə təqdim edəcəyəm. Dövlət Başçısı real faktlarla tanış olsun, məmurlar cəmiyyətdə özünü qoruya və haqqını tələb edə bilən, azdan-çoxdan tanınan bir vətəndaşa qarşı belə haqsızlıqlar edə bilirlərsə, həmin məmurların bu imkanlara malik olmayan adi vətəndaşların başına hansı oyunlar açdığını görsün və bilsin ki, onun apardığı əsl siyasətin mahiyyəti və məzmununu inandığı məmurlar necə dəyişir və vətəndaşları ondan necə narazı salırlar.

Bizə düşən qaranlıq yerə işıq salmaqdır, cəmiyyətin retgenini çəkməkdi və buna aldığımız təhsil, biliyimiz, iradəmiz, gücümüz yetər. Və mübarizəmiz gerçəklər tam üzə çıxana qədər davam edəcək.

TƏQVİM / ARXİV