adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
19 May 2020 10:13
45117
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: SARALAN GÖZ YAŞLARIM

Daha
söz oynatmıram...
Özüm oynayıram
sözün içində-
başı aşağı...

Heç nə yaratmıram -
sadəcə,
atıram
Sözü göyə,
daşı aşağı...

Bir də istəyirəm
seçəm -
kipriklərimin-
Qurusun üstə,
yaşın aşağı!..

Başqa
ağlımdan keçən
heç nə yox -
Sizsiz!
Ay məni atıb köçən,
Adam uşağı...

Eh...nə isə...
Onsuzda ,
səs verməyəcək kimsə!
Odur ki,
bu da olsun
saralmış
göz yaşımın
başağı!..