adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
18 May 2020 20:18
15397
HADİSƏ
A- A+

Koronavirus xəbərləri yaşlı qadını ölümə sövq etdi

Rusiyanın Moskva şəhərinin cənub-qərbində təqaüdçü gölməçədə boğularaq ölüb.

MK xəbər verir ki, 83 yaşlı qadın televiziyada koronavirus xəbərlərinə baxaraq yoluxmaqdan çox qorxub.

Tənha yaşayan təqaüdçünün 57 yaşlı oğlu karantin başlayana qədər anasına baş çəkərək, ona ərzaq gətirib. Lakin virus təhlükəsi səbəbindən son iki ayda anasının yanına getməyib.

Qadın bu vaxt ərzində ərzağı internet vasitəsilə sifariş edib və arada dişi ağrıdığı üçün stomatoloqa gedib. O, həkimin qəbulundan qayıdandan sonra koronavirusa yoluxduğundan şübhələndiyini deyib.

Yüngül hərarət istisna olmaqla, qadında başqa simptomlar olmayıb. Onun çağırdığı həkim də təzyiqinin qalxdığını deyib.

Ehtimal edilir ki, qadında koronavirus xəbərləri ilə bağlı psixoloji problemlər yaranıb.

Faciə baş verən güno, oğlu ilə telefonla danışıb, bu zaman səsində narahatlıq hiss edilməyib. Təxminən gecəyarısı qadın evdən çıxıb. Bir müddət sonra xilasedicilər onun cəsədini gölməçədən tapıblar.(oxu.az)