adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 May 2020 20:00
14730
SAĞLAMLIQ
A- A+

Qazaxıstan COVID-19 əleyhinə peyvənd istehsalçısı oldu

Qazaxıstan alimləri koronavirusa qarşı peyvəndin preklinik sınaqlarına başlayıblar.

TASS xəbər verir ki, bu barədə ölkənin Respublika Təhsil və Elm Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Ümumdünya Səhiyyə Təşkilatı Qazaxıstan alimlərinin inkişafını qeyd etdi və rəsmi veb saytındapreklinik tədqiqatlara icazə verilən COVID-19 əleyhinə peyvənd namizədlərinin siyahısına əlavə etdi. Bu inaktiv peyvənd Qazaxıstan Təhsil və Elm Nazirliyi Elm Komitəsinin Bioloji Təhlükəsizliyi Araşdırma İnstitutunun işçiləri tərəfindən hazırlanıb”, - deyə məlumatda qeyd edilir.

Peyvənd respublikada virusa yoluxan insanlardan alınan virusun ştamı əsasında yaradılıb.

Nazirlikdən bildirilib ki, indi institutun alimləri bir sıra preklinik və klinik sınaqlar keçirməlidirlər. Beləliklə, Qazaxıstan rəsmi olaraq COVID-19 əleyhinə peyvəndlərin istehsalçılarından birinə çevrilib.