adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 May 2020 18:39
24511
ŞOU-BİZNES
A- A+

Əməkdar artist: “Toy müğənnisi deyiləm”

"Koronavirusgözlə görünməyən düşməndir. Güllə atmır, amma ailələrə soxulur. Şükür edirəm ki,salamatıq.İranda vəTürkiyədə pandemiya nə qədər insana qıydı. Hələ də koronavirusdanölüm halları davam edir. Bizdə isə vəziyyət onlara baxanda daha yaxşıdır”.

Bu sözləri Əməkdar artist Lalə MəmmədovaOxu.Az-ın əməkdaşı ilə söhbətində deyib.

Karantin günlərindən danışan sənətçiqızları Nərgiz,Çinarə vəyaşlı valideynlərihaqqında söz açıb:

"Yaradıcı insan üçün evdə oturmaq çox çətindir. Övladlarımla küçəyə çıxa, gəzməyə gedə bilmirik. Uşaqlar bu mövzuda bizdən daha çox qəhrəmandırlar. Valideynlərim karantin dövründə tətbiq edilən qaydaları pozmadılar”.

"Karantin həqiqətən də həyatımı dəyişdi” söyləyən L.Məmmədova bu mövzuda fikirlərinibelə davam etdirib:

"Anladıq ki, hər an əzizlərimizi itirə bilərik. Səhər tezdən gedib, gecə qayıdan insan ailəsindən o qədər də xəbərdar olmur. Amma karantin müddətində ailəmlə, uşaqlarımla daha çox zaman keçirdim. Onların qayğısına daha çox qaldım. Bunun məsuliyyətini hiss etdim”.

"Karantin bitəndən sonra nə edəcəksiniz?” sualı sənətçini çaş-baş qoyub. Müğənni bu barədə düşünmədiyini bildirib:

"Karantin bitəndən sonra yenidən əvvəlki həyatımıza dönəcəyik. Lakin bilmirəm, bizi nələr gözləyəcək?Sərhədlər açılandan sonra nələrin olacağını da heç kim bilmir”.

Əməkdar artistkarantin dövründə efirə çıxmamasının səbəbini belə izah edib:

"Karantin müddətində heç bir verilişə qatılmadım. Yaşlı valideynlərimin evində qalıram. Onları təhlükəyə atıb, efirə gedə bilməzdim. Yalnız Mədəniyyət Nazirliyinin keçirdiyi layihədə iştirak etdim. Məhəllələrin birində konsert proqramı ilə çıxış etdim. Bu, mənim birsənətçi kimiborcum idi”.

Lalə Məmmədova həmkarlarınınkarantindən sonra toy qiymətlərini qaldıracaqlarını düzgün saymadığını söyləyib:

"Ellə gələn bəladır. Hamı bir-birinin vəziyyətini anlamalıdır. Mən toy müğənnisi deyiləm. Hələ heç toy təklifləri də gəlməyib ki, bu maliyyə məsələlərindən nəsə danışım (gülür). Ammakarantindən sonra toy qiymətləriniqaldırmaq heç düzgün deyil. İnsanları anlamaq, bu çətin dövrdə güzəştə getmək lazımdır”.