adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 May 2020 18:30
16347
DÜNYA
A- A+

Fransada karantindən sonra açılan məktəblər yenidən bağlandı

Fransa hökuməti COVID-19 pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimindən sonra açılmışbəzi məktəbləri yenidən bağlamaq məcburiyyətində qalıb.

Bfmtv.com xəbər verir ki, Fransanın bir neçə regionunda məktəblilər arasında koronavirusa yoluxma halları ilə əlaqədar 50-dən çox təhsil müəssisəsinin fəaliyyətinə qadağa qoyulub.

Misal olaraq qeyd olunur ki, Nitsa şəhərindəki məktəblərdən birində 11 yaşlı şagirdin koronavirus testi müsbət çıxıb. Hazırda məktəblinin sinif yoldaşları və müəllimlər karantinə alınıb.

Qeyd edək ki, Fransada 179 569 nəfərin koronavirusa yoluxduğu aşkar edilib. 28 108 xəstə yeni növ pandemiyanın qurbanı olub.