adalet.az header logo
  • Bakı 13°C
18 May 2020 16:32
14197
DÜNYA
A- A+

Putin Rusiya müsəlmanlarını Ramazan bayramını evlərində qeyd etməyə çağırıb

Rusiya Prezidenti Vladimir Putin ölkədə yaşayan müsəlmanlara Ramazan bayramını evlərində qeyd etmələri ilə bağlı müraciət edib.

Adalet.az-ın məlumatına görə, V.Putin bu çağırışı Dağıstanın ictimaiyyət nümayəndələri ilə videokonfrans zamanı deyib.

O, Rusiya müsəlmanlarını din xadimlərinin sözünə qulaq asmağa çağırıb:

"Mən bilirəm ki, din xadimləri müsəlmanları indiki vaxtda bayramı evdə qeyd etməyə, kütləvi ayinlərdə iştirak etməməyə və böyük qruplarda toplaşmamağa çağırır. Ümid edirəm ki, bu çağırışa əməl olunacaq”.