adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 May 2020 16:11
14997
DÜNYA
A- A+

ÇİNLİ HƏKİM KORONAVİRUSLA BAĞLI HƏQİQƏTLƏRİN GİZLƏDİLDİYİNİ AÇIQLADI

Çin hökumətinin pandemiya üzrə rəsmi məsləhətçisi həkim Jonq Nanşan koronavirus epidemiyasının başlamasından aylar sonra bütün dünyada danışılacaq bir etirafa imza atıb. O,koronavirusla bağlı həqiqətlərin gizlədildiyini bildirərək: «Həqiqətlər ilk başlarda gizlədildi»- deyə CNN-ə xüsusi açıqlama verib. Həkim Vuhanın yerli rəhbərliyinin əvvəlcə baş verən hadisənin dərəcəsi barədə məlumatı gizlətdiyini təsdiqləyib.

Koronavirus pandemiyası səbəbindən ABŞ prezidenti Donald Trampın Çinlə bütün əlaqələrin kəsiləcəyi ilə bağlı təhdidinə görə, virusun ortaya çıxdığı Uhanda səlahiyyətlilərinin ilk günlərdə məlumatları gizlətdiyini təsdiqlədi. Şəhərdəki yerli hakimiyyət orqanlarının da baş verənlərlə bağlı əsas təfərrüatları Pekindən gizlətdiyini söyləyən Jonq:. "Doğru danışmağı xoşlamadılar"- deyə bildirib.

Çin Milli Səhiyyə Komissiyasının göstərişi ilə 18 yanvarda Uhana baş çəkdiyini söyləyən Jong yoluxma ehtimalının daha yüksək olmasına baxmayaraq, burada yoluxanların sayının 10 gündən çox 41 nəfər olaraq qaldığını söylədilər. "Mən bu nəticələrə inanmadım, buna görə onlardan mənə əsl sayının verilməsini tələb etdim . Yerli səlahiyyətlilər isə o zaman nədənsə həqiqəti söyləməyi lazım bilmədilər və səssiz qaldılar».

Jong Nanşan Vaşinqton rəhbərliyinin Kovid-19-un Uhandakı virusoloji laboratoriyadan yayıldığı iddiasını isə rədd edib.

Digər tərəfdən, başqa bir Çin rəsmisi də epidemiyanın əvvəlində «təhlükəsizlik səbəbiylə» bəzi Kovid-19 nümunələrinin məhv edildiyini etiraf edib.

MEHRİBAN