adalet.az header logo
  • Bakı 18°C
18 May 2020 15:51
11268
HADİSƏ
A- A+

Mingəçevir sakini qonşusunu küçədə bıçaqladı

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib.

Adalet.az-ın məlumatına görə, hadisə şəhərin 20 yanvar küçəsi, 20 saylı binanın qarşısında qeydə alınıb. Şəhər sakini, 1986-cı il təvəllüdlü Əsədov Rəşad Əsəd oğlu, qonşusu, 1985-ci il təvəllüdlü Vəliyev Samir Zakir oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində R.Əsədov S.Vəliyevin bədəninin müxtəlif hissələrinə 2 bıçaq zərbəsi endirib. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.