adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
19 May 2020 09:40
27628
ŞOU-BİZNES
A- A+

Dərslikdən sonra indi də Tarix Muzeyində...

Bildiyiniz kimi, "Eurovision 2011" mahnı müsabiqəsinin qaliblər Eldar Qasımov və Nigar Camalın fotosu orta məktəb dərsliyinə salınıb.

Keçmiş duet ortaqlarının 2011-ci ildə çəkilmiş fotosu "Həyat bilgisi" dərsliyinin "Dövlət rəmzləri" adlı bölməsində yer alıb.

İndi isə "Eurovision- 2011"in qalibləri: Eldar Qasımov və Nigar Camalın yarışmadakı səhnə geyimləri və qazandıqları büllur mikrofon Milli Azərbaycan Tarixi Muzeyində yer alacaq.

Adalet.az xəbər verir ki, bu barədə Eldar Qasımov "Fatehin divanı" proqramına qonaq olarkən bildirib.

"Bizə deyilənə görə, mikrofon İctimai Televiziyadadır. Bir müddət əvvəl Tarix Muzeyi ilə danışıqlar oldu. Orada müasir musiqi guşəsi açılacaq, səhnə geyimlərimiz və büllur mikrofon yer alacaq",- deyə Eldar bildirib.



Qeyd edək ki, muzeydə bir müddət əvvəl hər iki tanınmışın imzalarının əks olunduğu açıqça və bəzi şəxsi əşyaları nümayiş olunmuşdu.

Əntiqə Rəşid