Nə özü, nə sevənləri gecikməsin - Kəmalə Abıyeva yazır

KAMALƏ ABİYEVA
101757 | 2020-05-18 13:01


Kimi sevdim dönük çıxdı,
Dönüklərim yaman çoxdu
Mələk sevdim, şeytan çıxdı
Səni sevməyə qorxuram,
qorxuram Allah.


Bəyəndinizmi? Mən də bəyəndim. Yəni sevməkdən bucür qorxmaq yaxşı deyil, amma qorxunun bu cür ifadəsi yaxşıdı. Qəfildən maraqlıyazılar, şeirlər axtarıram oxumaq istəyirəm, hətta tanış misraları bir dəoxumaq istəyirəm:

Ayaqqabım yırtılardı
böyüyəndə ayağım.
Ayağınız böyüməsin deyə

dua etmisinizmi heç?


Cürbəcür şəkillər, dualar, yazılar paylaşılırsosial şəbəkədə. Heç əllərini açıb dua edən cocuq şəkillərini görmüsüzmü? Məngörmüşəm. Paylaşanlar adamın başına anlamadığı nəsnələri dürtməyə çalışır. Bəlkədə yox. Amma mən də "bəs hardaydı körpələri sevən Tanrı" deyən Eminkimi düşünürəm: O cocuqlar "uşaqları sevən Tanrı"nı axtarır. Ya daTanrını sevənləri axtarır. Baxışlarını bilmədikləri yerə zilləyib Tanrını sevənlərigözləyir. Çünki "Oyuncaq silahlardan da qorxur uşaqlar. Birdən diliaçılar... Allah da köməyə gəlmir-canına qorxu düşüb körpələrin-bəlkə terroristlərəsir götürüb onu da."Vəhşiliyə, kütlüyə, nadanlığa nə demək olar başqa?Cocuqların ağladığı, süngülərə taxıldığı, aclıqda, ata-anasız böyüdüyü 21-ci əsrindünyasını necə ifadə etmək olar? O dünyanı ki,"Kişilər ağlamaz deyən anamyerimə özü ağlardı, nağıl söylərdi, göydən üç alma düşməzdi nağıllarında, Deməzdibunu anam, birdən ürəyimiz alma istəyər" deyirsən. Oxuyuram, düşünürəm belədualar da var. Belə analar var. Bunları görənlər, yaşayanlar, anlayanlar davar. Və bütün bunları Emin kimi ifadə etmək də var. Müharibələrin mövzu kimi ədəbiyyatdaolması, qalması bütün normal düşüncəli insanlar kimi məni də narahat edir,ağrıdır, çarəsiz buraxır. Amma silahların susmadığı bu duyumsuzluğa, cəhalətəsöz savaşında cavan, gənc yazarlarımızı görmək ümid verir. Emin Piri dədünyanı-yaşamı ağırlaşdıran, məhv edən savaşlarla savaşır. Gəncdi, çox gəncdi,amma düşüncəsi böyüyüb, yaşa dolub artıq:

Analar uşaq yox, qurbanlar doğur daha-müharibəyənifrət üçün bundan ötə nə desin ki? İnternetdə Eminin bir şeirini oxumuşdumaylar öncə, kafama takılmışdı: danlayır özünü hər səhər-axşam, əlini başına,dizinə çırpır, o qaldı cəbhədə mənsə qayıtdım, ayağım özümdən qeyrətli çıxdı.Şeiri oxuyandan sonra Emini düşündüm. Onun necə düşünə bildiyini düşündüm. Müharibəninacısını verib. Laqeydliyimizi verib. Qeyrətdən söz açıb. Üzümüzə şillə çəkibşair "Baxın bu bizik" deyib qələmiylə. Həqiqəti beləcə gözəl vəacımasız deyib. Bu sadəcə poetik düşüncə, ya ifadə tərzi deyil məncə. Bu həqiqqəti görmək, ağrısını duymaq və deyə bilməkdi.O qədər realdı ki, "Şəhidlər Xiyabanında yazdığı-yaşadıqlarıdı, yayaşamalı olduqlarımızdı "deməyə bilmirsən: Şəhidlər Xiyabanında 18 yaşlıbaş daşları utandırdı məni... Və şəhid məzarlarını mərmərə bükdük, daş qoyduqbaşlarına qalxa bilməsinlər üzümüzə tüpürməyə... Necə düz tapıb. Necə doğrayıbbizi... Yəni şeir, ya hər hansı yazı o deyil ki, tək öz yaşadığını, sevgini,nifrətini... bizə-oxucuya ötürməyə çalışsın. Söz içində yaşadığımız vəhamımızın anlamalı olduğumuz həqiqəti acandı, göstərəndi, qulağımıza, gözümüzə,ürəyimizə aparıb çıxarandı.

"İtkin qoluna yalvarıb itkin balasınıtapşırırdı ana "Yaxşı bax balama, ağlayanda əlindən tut... Bir az güldür.Qulağı üşüyəndi, qulağını yaxşı ört... Balasıyla itən qolunu günahlandırıb geriqayıtmayan əlinə ağlayırdı. İtirdiyi qolunun yerinə baxıb yarasını danlayırdıana..." ürəyə işləyən bu ağrıya gözəl demək olmaz. Amma gözəl deyib. Bumisralar yetər ki, insan olduğunu unutmayasan."Əsgər sinəsi axtarır isinməyəfevral şaxtasından üşüyən güllə. Hər əsgər tabutu bir ağ gəlinliklə köçər, Sevənbir qızın arzularını götürüb gedər."Əsgər sinəsində qızınmaq istəyən güllədən,tabuta qoyulan arzulardan müdhiş nə ola bilər ki? Və bunu şair sözü belə deyər.Emin Pirinin şeirlərində sən-mən müstəvisi azdı, yəni insan var, dünyamız var.Hər birimizi düşündürməli olan, narahat edən məsələlər var. Yəni kiməsə olan şəxsiduyğuları, sevgisi şeirlərinin yükü deyil. Amma sevgi şeirləri də var vəmaraqlıdı:
Məni sevənlərin çoxu gecikdi. Sən də gecikdin Əzrayıl.Səndən öncə bir qız gəlib göz dikdiyin canımı səndən öncə apardı...

Gəl döy qapımı,
Yolun uzaqdı bilirəm,
əziyyət çəkmə
Sizə gətirrəm qapımı
Döy, ürəyin döyünən qədər.

Yaşayıb güldürmədim
səni doyunca.
Qoy ölüm ağladım səni
doyunca...

Emini oxuyanda fikirləşdim ki, çox maraqlı,istedadlı gənclərimiz var və çox maraqlı ədəbiyyat yaradırlar. Yəni "gülləsəsi eşidildi, əsgərin sinəsi al qana boyandı" demirlər. "İsinməyə əsgərsinəsi axtarır güllə" deyillər. Fərqli ifadə etmədi. Olsun, belə olsun.Gözəl anlaşılan, ürəyimizə ilişən olsun.


Arzulayıram ki, nə özü, nə sevənləri gecikməsin.Və bəzən tələsməsin də...



TƏQVİM / ARXİV