adalet.az header logo
  • Bakı 12°C
20 May 2020 08:40
21073
MƏMLƏKƏT
A- A+

Rəsulzadə ləkə götürməz - Mais Əlizadə yazır

Faşstlərlə əməkdaşlığı danabaşlı Fətəlibəyli-Düdənginski edib.5 dekabr 1941-ci ildə almanların tərəfinə keçəndən 2 gün sonra Göyçaylı qrız mənşəli Beydulla Babayev ilə faşistlərə müraciət edərək legion yaratmaq və sovetlərə qarşı vuruşmaq istədiklərini bildiriblər.

Daha sonra danabaşlı Düdənginski legionerlərdən ibarət Milli Birlik Komitəsi yaradaraq özünü "mühacirətin lideri" elan edib.Rəsulzadə həmişə onlardan uzaq durub.Osterministerium ona əməkdaşlıq təklif edəndə Rəsulzadə 19 maddəlik memorandum yazıb,onun birinci maddəsi "Azərbaycanın müstəqiliyinin tanınması" şərti olub.Bu tələb almanların xoşuna gəlməyəndə Rəsulzadəni öldürmək istəyiblər,oradan Buxarestə gedərək qədim dostu,Türkiyənin Buxarestdəki səfiri Hamdullah Suphi Tanrıöverin yanında qalıb,1947-də Türkiyəyə gəlib.1942-43-cü illərdə qədim dostu Nuri Paşa almanlarla əməkdaşlığa can atanda Rəsulzadə onun da üstündən xətt çəkib.1951-də Kerenski "Bütöv və parçalanmaz Rusiya" ideyasını gündəmə gətirəndə İsmayıl Əkbər və Əkbərağa Şeyxülislamov o ideyanı dəstəkləyib,Rəsulzadə isə qəti şəkildə qarşı çıxaraq Şeyxülislamov və İsmayıl Əkbərdən də üz döndərib.Və nəhayət,Fətəlibəyli 1954-də KQB agenti Mikayıl İsmayılov tərəfindən Münhendə qaldıqları evdə qətlə yetiriləndə Rəsulzadə Ankaradakı Azərbaycan Kültür Derneğinde(2 fevral 1949-da özü yaratmışdı) xatirə iclası təşkil edərək orada Fətəlibəyli haqqında tək kəlmə də mənfi söz demədən "Kimin haqlı kimin haqsız olduğunu tarix göstərəcək"- deyə geniş çıxış edib.

Bu materialların hamısını Bakıda çap etdirmişəm.İndi Azərbaycanda erməni köpəyinin o sözünə dəstək verən xeyli erməni olduğuna şübhə etməyin.Rəsulzadə və mübarizə yoldaşları Türkiyəyə 1946-dakı Truman doktrinasından sonra gələ biliblər. Faşistlərə qarşı savaşan ölkələrdən biri ABŞ idi,Rəsulzadə faşistlərlə əməkdaşlıq etsəydi,ABŞ onu Türkiyəyə getməyə qoyardımı? Faşistlərlə əməkdaşlıq etmişdisə,Türk mətbuatı niyə bu barədə tək kəlmə də yazmadı? Azərbaycanın erməni sevənləri faşistlərlə əməkdaşlıq edənləri axtarıb o erməni köpəyinin sözünə əhəmiyyət verirlərsə,danabaşlı Düdənginskini gözlərinə soxa bilərlər. 

Prof.Dr.Qulu Məhərrəmli böyük qardaşıma hörmətlə...