adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
19 May 2020 09:00
97234
MARAQLI
A- A+

EŞŞƏKLƏRİ AÇIB BURAXMAYIN!

Eşşək ağaca bağlı idi. Şeytan gəldi və kəndiri açdı.

Eşşək qonşunun tarlasına girdi, quru və yaşıl nə tapdısa, yeməyə başladı.

Tarlanın sahibinin arvadı eşşəyi gördü və evdən tüfəngi götürüb tarlaya qayıtdı, eşşəyi öldürdü.

Eşşəyin sahibi tüfəng səsini eşidib gəldi, gördü ki, eşşəyi ölüb, qəzəblənib arvadı öldürdü.

Tarla sahibi arvadını ölmüş vəziyyətdə tapanda tüfəyi götürüb eşşəyin sahibini öldürdü.

Eşşəyin sahibinin oğlu atasını ölü tapdı, silahı götürüb tarla sahibinin böyük oğlunu öldürdü.

Xəbər tarla sahibinin ailəsinə çatdı. Hamısı silahlanıb eşşəyin sahibinin tarlasına hücum etdilər. Evdə kim varsa öldürdülər, evi də yandırdıılar.

Şeytandan soruşdular:

- Sən neyləmisən?

Şeytan vəziyyətdən məmnun şəkildə gülümsünüb dedi:

- Heç nə. Mən sadəcə eşşəyin kəndirini açdım. Bir toplumu yıxmaq istəyirsənsə, oradakı eşşəkləri açıb buraxacaqsan.