adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 May 2020 10:33
13522
DÜNYA
A- A+

116 ölkə pandemiyanın səbəblərini araşdırmaq üçün bir araya gəlir

110-dan çox ölkə Avstraliyanın koronavirusun bütün dünyadayayılmasının səbəbləri və şərtləri ilə bağlı müstəqil araşdırma çağırışını dəstəkləyib.

Bu barədə "The Australian” ölkənin Xarici İşlər naziri Maris Peynə istinadən məlumat verib.

Nazirqeyd edib ki, dünya gələcəkdə oxşar fəlakətlərin qarşısını almaq üçün pandemiyanın yaratdığı böhranla bağlı suallara cavab istəyir:

"Biz (başlanğıc mərhələdə) baş verənləri müstəqil qiymətləndirməyə ehtiyac duyuruq. Bütün dünya qlobal səhiyyə sistemini qorumaq üçün lazım olan hər şeyi öyrənə və təmin edə bilər. Bu, ilk növbədə növbəti pandemiyanın qarşısını almaq və vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün əməkdaşlıqdan asılıdır”.

Avstraliyanın Baş naziri Skot Morrison istintaqın heç bir ölkəni günahlandırmaq məqsədi güdmədiyini qeyd edib:

"Biz, sadəcə, bunun yenidən baş verməməsi üçün nələrin olduğunu bilmək istəyirik. Bu, kifayət qədər dürüst motivi və məqsədi olan sualdır”.

Əvvəlcə rəsmi Kanberranın təklifi dünyanın bir sıra ölkələri, o cümlədən, Rusiya, Böyük Britaniya, Hindistan, İndoneziya, Kanada, Yeni Zelandiya, Yaponiya və Aİ-yə üzv olan 27 ölkə tərəfindən dəstəklənib.

Daha sonra Afrika ölkələri çağırışa qoşulublar, hazırda istintaq ideyasını dəstəkləyən dövlətlərin ümumi sayı 116-ya çatıb. Ölkələrin müvafiq qərarının 73-cü Dünya Səhiyyə Assambleyasının qətnaməsində əks olunacağı gözlənilir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əsas forumunda iştirak etmək üçün təşkilatın üzvü olan 194 ölkənin nazirləri və bir sıra beynəlxalq qurumların nümayəndələri dəvət olunub.(oxu.az)