adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
19 May 2020 08:20
24873
ŞOU-BİZNES
A- A+

Kənan İmirzalıoğlunun sərvəti və ildönümü hədiyyəsi...

Türkiyəli aktyorlarının məvaciblərinin yüksək olduğu hər kəsə bəllidir. Onlar hər çəkildikləri serialda tam bir sərvət toplayırlar. Məsələn Türkiyənin tanınmış və sevilən aktyoru Kənan İmirzalıoğlu hələ 2018 -ci ildə ekranlarda yayımlanan 'Fateh' serialında "Fateh Sultan Məhməti" canlandırdı. Baş rolu ifa edən aktyorun aldığı məbləğ hamını şoka saldı.

Akytor serialın xaricə satışı da daxil olmaqla hər seriya üçün 173 min manat məbləğə imza adı. Bu da ayda 693 min manat edirdi.

Bu səbəbdəndə Kənan İmirzalıoğlu haqda yayılan bu xəbər gərəkdir ki, bizi təəccübləndirməsin.

Aktyor Kənan İmirzalıoğlu hamilə həyat yoldaşı Sinem Kobala evlilik ildönümləri münasibətilə sürpriz edib.

Adalet.az xəbər verir ki, aktyorun aktrisa arvadına aldığı hədiyyənin qiyməti isə müzakirələrə səbəb olub.

Kənan arvadına həm hamiləlik, həm də toy ildönümü münasibətilə dəyəri 150 min lirə olan saat sifariş edib.

Qeyd edək ki, 4 ildir evli olan cütlüyün qızı doğulacaq.

Əntiqə Rəşid