adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
18 May 2020 09:11
37133
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: DEDİN

Yuxumu xatırladıb
Çin olmadığın - dedin...
Qəzəbin ötüb keçən -
Kin olmadığın, - dedin...

Yoxlayıb tam, arın da
Əyrisin, hamarın da...
Bu odun damarında -
Tin olmadığın , - dedin...

Haqq birdi -haqqım özəl
Yanım, bax, sən də közər...
Mənim sevgimdən gözəl -
Din , olmadığın dedin!

Hənrinlə kiprik sildin
Şəkər mayalı dildin!
Əbülfəti tək bildin -
Min olmadığın, - dedin!