adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
17 May 2020 23:00
7419
SAĞLAMLIQ
A- A+

16 min ədəd tibbi maska oğurlamış şəxslər həbs edildi

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Kiprə idxal edilmiş 16 min ədəd tibbi maskanın oğurlanmasında şübhəli bilinən iki kişi həbs olunub.

"Cyprus Mail” nəşri xəbər verir ki, Nikosiya şəhərinin 27 yaşlı sakini və onun 55 yaşlı qayınatası Limassolda yerləşən əczaçılıq firmasına maska satıblar. İş burasındadır ki, həmin maskaları Kipr hökuməti xarici dövlətlərin birindən idxal edib.

Sözügedən firma hər maskaya görə 0,37 avro ödəyib və 16 min ədəd qoruyucu vasitə təşkilata 5920 avroya başa gəlib. Bundan sonra maskalar Nikosiya şəhərinin apteklərində satışa çıxarılıb.

Eynilə həmin vaxt Kipr hökuməti Çindən doqquzmilyon ədəd tibbi maska alıb və bu qoruyucu vasitələr ölkə sakinlərinə pulsuz paylanmaq üçün nəzərdə tutulub.

Saxlanılan şəxslər dövlət xətti ilə gətirilmiş maskaların oğurlanaraq əczaçılıq firmasına satılmasında şübhəli bilinirlər.(oxu.az)