adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 May 2020 22:00
14864
DÜNYA
A- A+

Türkiyədə turizm mövsümünün mümkün başlama tarixi açıqlanıb

Türkiyədə daxili turizm mövsümü 28 Mayda başlaya bilər.

Trend-in məlumatına görə, bu barədə NTV kanalının efirində mədəniyyət və turizm naziri Mehmet Ersoy deyib.

M.Ersoy bildirib: "Heç bir problem olmasa, turizm 28 May ətrafında daxili turist hərəkəti ilə başlayacaq".

Nazir əlavə edib ki, koronavirus infeksiyası statistikasının azalması davam edərsə, daxili uçuşlar may ayının sonunda açıla bilər.