adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 May 2020 21:48
29268
ŞOU-BİZNES
A- A+

Nigarla Eldardan “Avroviziya 2020” mesajı - VİDEO

Koronavirus pandemiyası səbəbi ilə "Avroviziya-2020” beynəlxalq mahnı müsabiqəsinin keçirilməsi ləvğ olunsa da, ötən gecə "İctimai Televiziya”nın canlı efirində sözügedən layihənin "Europe Shine A Light” konsert şousu yayımlanıb.

Oxu.Azzəbər verir ki, "Avroviziya” mahnı şousunda 2020-ci il üçün iştirakçı ölkələrin nümayəndələri, eləcə də, ötənilki müsabiqənin qalibləri və ulduzları iştirak ediblər.

Onlarla yanaşı Azərbaycana 2011-ci ildə "Avroviziya”da qələbə sevinci yaşadan müğənnilər Eldar Qasımovla Nigar Camal şouda 12 saniyəlik videomesaj ünvanlayıblar.

Müğənnilər "Evinizdə qalın. Avropa yenidən işıqlansın”, - deyərək, onlara birincilik qazandıran "Running Scared” mahnılarından bir parçanı ifa ediblər.