adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
17 May 2020 21:33
18642
DÜNYA
A- A+

İraqda səkkiz günlük komendant saatı tətbiq ediləcək

İraq yeni koronavirus pandemiyası səbəbindən səkkiz günlük komendant saatı tətbiq edilməsini elan edib.

Trend-in məlumatına görə, bu barədə "Al Arabiya" telekanalı bildirib.

Televiziya stansiyasından verilən məlumata görə, 24 saat ərzində izolyasiya rejimi mayın 22-də başlayacaq və mayın 30-dək davam edəcəkdir. Ramazan bayramını da iraqlılar izolyasiya şəraitində keçirəcəklər.

Hazırda İraqda 3 260 nəfər koronavirusa yoluxub, 121 nəfər ölüb, 2166 nəfər sağalıb.