adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 May 2020 19:42
16667
DÜNYA
A- A+

Ukrayna bu terrorçunu Gürcüstana verdi

Ukrayna "Əl Bara Şişani” ləqəbli İŞİD terrorçusu Sezar Toxosaşvilini Gürcüstan tərəfinə təhvil verib.

Axar.azxəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

"Terrorçuluqda ittiham olunan və İnterpol tərəfindən axtarışda olan Gürcüstan vətəndaşı Sezar Toxosaşvili Tiflis aeroportunda gürcü tərəfinə təhvil verildi. Toxosaşvili 2019-cu ilin noyabrın 12-də Kiyevdə saxlanılmışdı”, - məlumatda qeyd olunub.