adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
17 May 2020 14:13
15735
DÜNYA
A- A+

İranda koronavirusa yoluxanların sayı 120 min nəfəri keçib

İranda ötən sutka ərzində daha 1 806 nəfərin koronavirusa (COVID- 19) yoluxması ilə indiyədək 120 198 nəfərin bu virusa yoluxduğu öz təsdiqini tapıb.

Bu barədə Trend İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadən məlumat verib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpurun sözlərinə görə, virus daşıyıcılarından 2 705 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

O əlavə edib ki, ötən 24 saat ərzində daha 51 koronavirus nəticəsində ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 6 988 nəfərə çatıb.

Nazirlik rəsmisi ölkədə indiyədək 94 464 nəfərin koronavirusdan sağaldığını deyib.

İranda virusun diaqnozu ilə əlaqədar 686 mindən çox test həyata keçirilib.