adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
17 May 2020 12:24
14729
DÜNYA
A- A+

Almaniyada koronavirusa yoluxanların sayı 174 min nəfəri ötüb

Almaniyada ötən sutka ərzində yeni növ koronavirusa 583 nəfər yoluxub, 33 nəfər isə dünyasını dəyişib.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Robert Kox Universitetindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 174 355 nəfərə çatıb. Onlardan təxminən 8 mini ölüb, 153 mini isə sağalıb.

Bildirilir ki, ən çox yoluxma halları Bavariya, Vestfaliya və Baden-Vürtemberqdə qeydə alınıb.a