adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
16 May 2020 18:15
15801
MƏMLƏKƏT
A- A+

Bakının 400-dən artıq küçə və prospekti dezinfeksiya edilib

Bu gün səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) strukturları tərəfindən şəhərin mərkəzi küçə və prospektlərində, o cümlədən kənd, qəsəbə və yaşayış massivlərinin küçələrində xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş genişmiqyaslı dezinfeksiya işləri aparılıb.

BŞİH-in Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, bu işlərdə paytatxın kommunal strukturuna daxil olan xidmətlərin 40, Daxili İşlər Nazirliyinin 20 xüsusi təyinatlı texnikası və kommunal xidmətlərin 2 mindən artıq işçisi cəlb olunublar.

Saat 18:00-a kimi şəhər mərkəzi və qəsəbələr üzrə 400-dən artıq küçənin dezinfeksiyası təmin edilib.