adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 May 2020 23:09
13541
SAĞLAMLIQ
A- A+

Doğum sonrası depressiyadan necə çıxmalı?

Son aylar qadınlarda doğuşdan sonra yaşanan depressiya halları artıb. Səbəblər müxtəlifdir. Ancaq karantin günlərində küçəyə çıxmaqla bağlı tətbiq edilən qadağa bu depressiv halı daha yayğın edib.

Bu sözləriAxar.az-a psixoloqKönül Telmanqızıhamiləlikdən sonra qadınlarda müşahidə edilən depressiyanın son günlər artma səbəbləri barədə danışarkən deyib. Psixoloq qeyd edib ki, doğuşdan sonra yaranan postnatal depressiyanı hər qadın heç də eyni cür keçirmir. Bu dövrdə qadına dəstək olmaq vacibdir:

"Yeni bir varlığı dünyaya gətirmək qadında həm hormonal, həm də duyğusal anlamda dəyişilmələrə, dalğalanmalara səbəb olur. Bəzən hormonların belə sürətlə dəyişməsi depressiya yaradır. Doğuşdan sonrakı depressiyanın əsas əlamətləri ananın çox yatmaq istəməsi, öz körpəsinə marağının azalması və ona qayğı göstərməkdə çətinlik çəkməsidir.

Bu depressiya zamanı qadın əvvəllər reaksiya vermədiyi məsələlərə emosional reaksiya göstərir, tez-tez ağlayır. Depressiya ağır şəkildə olub, bir il belə davam edə bilər. Analıq haqqında real gözləntilərə sahib olmaq, özünüzə vaxt ayırmaq, ünsiyyət qurmaq, qohumlardan sosial dəstək istəmək, tək qalmamaq, mümkün qədər təmiz havada çox vaxt keçirmək doğuşdan sonrakı depressiyanın aradan qalxmasına kömək edir. Bu dönəmlərdə vacib məqam qadının yaxınları tərəfindən diqqət, qayğı görməsi və həyat yoldaşının dəstəyini almasıdır”.