adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
16 May 2020 22:33
73457
MƏDƏNİYYƏT
A- A+

Dünyanın ən məşhur əsərlərindən biri məhv olur - FOTO

Norveçli rəssam Edvard Munkun "Haray” əsərində sarı rəngli boya vaxt keçdikcə məhv olur. Buna səbəb havanın yüksək rütubətidir.

"Daily Mail”in məlumatına görə, kətan üzərindəki boya mikrotozlarının rentgen analizindən sonra alimlər bu qənaətə gəliblər.

Tədqiqatçıların fikrincə, sarı boyanın bir hissəsi olan kadmium sulfidyüksək rütubət şəraitində oksidləşir və solur. Əvvəllər şəklin keyfiyyətinin pisləşməsinin səbəbi işığın kətana təsiri ilə əlaqələndirilirdi. Bu səbəbdən "Haray” qaranlıq otaqda saxlanılır və nadir hallarda - yalnız idarə olunan zəif işıq və 50 faiz hava rütubətişəraitində sərgilənirdi. Yeni analizin nəticələrinə əsasən, işığın şəkil üzərində təsirinin minimal olduğu müəyyənləşib.

Alimlər "Haray”ın muzeydə daim sərgilənməsi üçün otaqdakı rütubətin 45 faizdən çox olmamasının zəruriliyi qənaətinə gəliblər.

Qeyd edək ki, 1893-cü ildə çəkilmiş "Haray” Munkun ən məşhur əsərlərindən biridir. O, müasir insanda ümumi təşvişin ifadəsi kimi izah olunur.(oxu.az)