Bakıda avtomobildən 36 min dollar oğurlandı
Ötən gün Bakının Nəsimi rayonunda külli miqdarda pul oğurluğu qeydə alınıb.
Bu barədə Adalet.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Mayın 14-də, saat 16:30 radələrində 28 may küçəsində, özəl sektorda işləyən Lənkəran rayon sakini Səməndər Məmmədova məxsus "Mersedes” markalı avtomobildən 36 min dollar oğurlanıb.
Zərərçəkmişin dediyinə görə, pulları həmin vaxt maşınında olan tanımadığı bir sərnişin oğurlayıb. Hazırda 22-ci Polis Bölməsinin əməkdaşları faktla bağlı araşdırma aparırlar.
Qeyd edək ki, ötən gün ərzində daxili işlər orqanlarının paytaxt bölmələrində əmlak oğurluğu ilə bağlı 24 fakt qeydə alınıb, onlardan 11-nin üstü açılıb.
Bundan əlavə, daha əvvəl törədilmiş dörd oğurluğun da üstü açılıb.
Digər Xəbərlər
29 Mart 2024 09:59
Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanıldı
29 Mart 2024 09:50Xankəndidə silah-sursat aşkarlandı
28 Mart 2024 16:46Paytaxt sakininin telefon və çantasını talayan şəxs saxlanıldı - VİDEO
28 Mart 2024 12:23Xankəndidə silah-sursat aşkarlanıb
28 Mart 2024 11:46