adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 May 2020 16:10
48384
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: BU TELEFONA

Ucalır qəmin çəpəri
Tükənir dizin təpəri...
Günün ən acı xəbəri -
Bu telefona zəng çatmır!

Susanda cavabsız sual
Dərhal düşür ürəyə xal!..
Həmin an da dəyişir hal -
Bu telefona zəng çatmır!

Qalırsan fikir əlində
Bir ad kirimir dilində...
Keçir ağlından ölüm də -
Bu telefona zəng çatmır...

Yer tapıb dura bilmirsən
Xəyal da qura bilmirsən...
Haradı bura? - bilmirsən -
Bu telefona zəng çatmır...