adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 May 2020 09:52
12028
MƏMLƏKƏT
A- A+

Bakı sakinlərinə xəbərdarlığın səbəbi bilindi

Bu gün Bakı və Bakıətrafıküçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılır.

Dezinfeksiya işlərinə səhər saatlarından başlanılıb.

Paytaxtın kommunal xidmətinin əməkdaşları tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, küçələrdə quraşdırılmış dayanacaqlarda, obyektlərin qarşısında, yolkənarı məhəccərlərdə də tibbi-profilaktiki işlər görülür.

Dezinfeksiya işləri Xocalı prospekti, 28 May küçəsi, Rəşid Behbudov küçəsi, Bülbül prospekti, Neftçilər prospekti, Mehdi Hüseyn küçəsi, Azərbaycan prospekti, İstiqlaliyyət küçəsi, Şeyx Şamil küçəsi, Hüseyn Cavid prospekti, Qara Qarayev prospekti, Məhəmməd Hadi küçəsi və digər küçələr istiqamətində, eyni zamanda, Ələt qəsəbəsi,Binəqədi rayonunda yerləşən küçələr,Sabunçu rayonunda yerləşən bütün küçə və qəsəbələrdə aparılacaq.

Xatırladaq ki, bu gün sakinlərə ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaqla bağlı xəbərdarlıq olunub.