adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 May 2020 23:11
8947
GÜNDƏM
A- A+

Azərbaycanda 8 gün qeyri-iş günü olacaq - RƏSMİ

Nazirlər Kabineti Azərbaycan ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında qərar verib.

Adalet.az-ın məlumatına görə, Baş Nazir Əli Əsədov bununla bağlı qərarı imzalayıb.

Sənədə əsasən, Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2020-ci ilin 27 may iş günü ilə 31 may istirahət gününün yerləri dəyişdirilir.

Xüsusi karantin dövründə xüsusi iş (əmək) rejimi olaraq 2020-ci il 29 may tarixi, habelə altıgünlük iş həftəsində çalışanlar üçün 23 və 30 may tarixləri qeyri-iş günləri müəyyən edilir.

Bu Qərarın müvafiq bəndində nəzərdə tutulan qeyri-iş günləri üçün
işçilərin əməkhaqları saxlanılır. Xüsusi iş (əmək) rejiminin tətbiq edilməsi ilə əlaqədar 2020-ci ilin istehsalat təqvimi və iş vaxtı norması dəyişdirilmir.