adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
15 May 2020 21:28
20479
DÜNYA
A- A+

Bu ölkədə korona bitdi: Rəsmən elan edildi

Sloveniya hökuməti ölkədə yeni tip koronavirusun bitdiyini elan edib.

Axar.azxəbər verir ki, buna baxmayaraq, ölkədə müəyyən məhdudiyyətlər mayın 31-nə kimi qalmaqda davam edəcək.

Məlumata görə, ilk mərhələdə Avropa Birliyi (AB) ölkələri ilə sərhədlər açılacaq. Ölkəyə gələn əcnəbilər sərhəddə quraşdırılan nəzarət nöqtələrində yoxlanılacaq.

Üçüncü ölkələrdən gələnlər üçün 14 günlük karantin müddəti davam etdiriləcək.

Qeyd edək ki, Sloveniyada ümumilikdə 1464 nəfər pandemiyaya yoluxub, 103 nəfər ölüb.