adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
15 May 2020 21:19
8809
GÜNDƏM
A- A+

Azərbaycanda hərbi hissələrdə koronavirusa ciddi yoluxma faktı qeydə alınmayıb

Azərbaycanda hərbi hissələrdə koronavirusa ciddi yoluxma faktı qeydə alınmayıb.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

R.Bayramlı bildirib ki, hərbi müəssisələrdə də ciddi karantin rejimi tətbiq olunur. Müdafiə Nazirliyi ilə bu istiqamətdə sıx işlər aparılır.

Onun sözlərinə görə, bəzi zabitlər arasında az hallarda yoluxmalar var idi, onlar da müalicə olundular. Hazırda hərbi hissələrdə ciddi epidemoloji vəziyyət yoxdur.